ƏBƏDİ YAŞAR LİDER

ƏBƏDİ YAŞAR LİDER Çağdaş dövrümüzdə Azərbaycan dövlətinə ən çox rəhbərlik etmiş Heydər Əliyev özünə belə bir şöhrət çələngi hörmüşdür. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Azərbaycanın Heydər Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilməyə layiqdir.

Ulu Öndərimiz Heydər Əliyev xarakter etibarilə qurucu, yaradıcı insandır, bənzəri olmayan bir şəxsiyyətdir. Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər birimizə örnəkdir. Müstəqillik dövründə məhz ulu öndərimizin gərgin səyləri, müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir.
Bu gün Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də bu cənnət diyarın rəşadət, fədakarlıq, mərdlik və məğrurluq timsalıdır. O, Günəş kimi təmənnasız bir şəxsiyyət idi. Onun həyatının mənası Azərbaycan üçün daim yanmaq idi. Respublikamızın mütərəqqi fikirli, təmiz vicdanlı vətəndaşları çox gözəl bilir ki, Azərbaycan elminin, maarifinin, mədəniyyətinin inkişafı, tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.
Danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin - amanlıq, xalqın rifahı və dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur.
Heydər Əliyev varlığının, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə göstərmişdir.

Rəşid Məmmədov,
Suraxanı rayonu İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: