“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir

“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir “Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi ahıl və tənha vətəndaşların sosial adaptasiyası layihəsinin icrasına start verir.


“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova ZiM.Az -a bildirmişdir ki, Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunacaq.

“Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası” layihəsinin məqsədi həmin ərazidə yaşayan ahıl və tənhaların cəmiyyətə sosial adaptasiyasını həyata keçirməkdir.

Təşkilatın sədri Ruhiyyə xanım Məmmədova onu da bildirib ki, layihə çərçivəsində Binəqədi rayonunun 6,7,8,9-cu mikrorayonlarında sosial məişət xidməti almayan ahıl və tənha vətəndaşların müəyyən olunması nəzərdə tutulub. Eyni zamanda sosial xidmətlərin səviyyəsi ilə bağlı 25 ahıl vətəndaş arasında mini sorğular təşkil ediləcək.

Layihə çərçivəsində ahıl və tənha vətəndaşların sosial adaptasiyası məqsədi ilə teatr turları da nəzərdə tutulub.

Pilot layihə 4 ay müddətində icra olunacaq.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: