İstər Ümummilli Lider ölkəmizdə rəhbər olduğu dövrlərdə, istərsə də indi, bütün bölgələrdə olduğu kimi, Bakının Ziğ qəsəbəsində də böyük quruculuq, abadlıq işləri görülür, sosial-iqtisadi islahatlar həyata keçirilir.
Qeyd etmək istərdik ki, tarixi məkanlardan biri olan Ziğ qəsəbəsi böyük tarixi keçmisə malik olsa da, qəsəbə kimi ötən əsrin ortalarında formalaşmağa başlayıb. Suraxanı rayonunun digər qəsəbələri (Əmircan, Bülbülə, Qaraçuxur, Yeni Suraxanı, Dədə Qorqud, Hövsan) arasında rəqabətə girərək böyük inkişafa nail olur.
Respublikamızın her yerində olduğu kimi, Ziğ qəsəbəsində də Suraxanı rayon İcra Hakimiyyətinin, Yerli İcra Nümayəndəliyinin, Bələdiyyənin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun- Milli Qurtuluş Günü, 20 Yanvar və Xocalı Soyqırımına həsr olunmuş anım tədbirləri, eləcə də xalqımızın milli bayramları - Novruz, Qurban, Ramazan bayramları, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və digər bayramlar münasibəti ilə tədbirlər təşkil olunur.
Keçən il istifadəyə verilən "Baku buss" avtobus qarajında xaricdən gətirilmiş konfortlu avtobuslar dayanır. Bu avtobuslar vasitəsilə vətəndaşlar mənzil başına rahat gedirlər.
Ziğ qəsəbəsində idman, elm, təhsil, səhiyye, mədəniyyət və digər sahələrdə işlər görülür, yollar təmir olunur, yeni yollar çəkilir.
Bir sözlə, Ziğ qəsəbəsi hər bir sahədə uğur qazanmaqla, yeni və qabaqcıl layihələrin həyata keçirilməsində fəal iştirak etməklə ölkəmizin inkişafina öz töhfələrini verməyə çalısır.
Yunis QARAXANOV,
ZiM.Az-ın xüsusi müxbiri.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.