Pansionatda Ramazan Bayramı

Pansionatda Ramazan Bayramı Pansionatda Ramazan Bayramı Pansionatda Ramazan Bayramı 06 iyul 2016-cı il tarixdə AzərTar“Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında Ramazan Bayramı münasibətilə şənlik təşkil olunub.

Tədbiri giriş sözü ilə açan AzərTar-ın direktoru Cavanşir Həsənov pansionatdakı yaşlı insanları bayram münasibətilə təbrik edərək, dövlətin müharibə və əmək əlillərinə diqqət və qayğısından qeyd edib.
Daha sonra pansionatın müdiri Qətibə xanım Əsədova çıxış edərək təşkilatçılara təşəkkür edərək, bu kimi tədbirlərin müharibə və əmək əlillərinə böyük motivasiya verdiyini qeyd edib.
Tədbirdə aparıcı Hüseynov Şirməmməd, müğənnilər Lətafət Məhərrəmli, İnci qrupu, Narana Paşayeva, Yaqut Musayeva, Əliyev Elvin, Gülzar Bədirxanova, Xan rəqs qrupu və bir çox insanlar iştirak ediblər.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: