Tədbirdə çıxış edənlər bildiriblər ki, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycanmüstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Kanal24-ə açıqlama verən “Yeni Yurd” təşkilatının sədri Mahirə Əsədova deyib ki, ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin təntənəsinə çevrilir.
Onu da qeyd edək ki, ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi bir çox sahələrdə (ictimai və mədəni) olan fəaliyyətini günü-gündən gücləndirir. Və bunun məntiqi nəticəsidir ki, təşkilatın yeni-yeni qolları yaranır ki, bunlarda ayrı-ayrı sahələrdə fəaliyyət göstəririlər. Yeni Yurd təşkilatının "Cığır" qolu dediklərimizə əyani sübutdur. Bu qurum yarandığı gündən kimsəsizləri unutmur və onların problərinin həlli istiqamətində önəmli işlərə imza atırlar.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.