SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət mərkəzində saxlayır

SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət mərkəzində saxlayırSOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət mərkəzində saxlayır SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət mərkəzində saxlayır SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət mərkəzində saxlayırSOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət mərkəzində saxlayır Azərbaycan Dövlə Neft Şirkəti - SOCAR neftçilərin və onların ailə üzvlərinin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət mərkəzində saxlayır və bu sahəsində ardıcıl iş aparır.

ARDNŞ-nin Sosial İnkişaf İdarəsi neftçilərin və onların ailə üzvlərinin, əhalinin digər qruplarından olan vətəndaşların, xüsusi ilə gənclərin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili sahəsində bir sıra geniş miqyaslı mədəni-kütləvi, istirahət xarakterli tədbirlər keçirilir.

Əməkdaşlarının istirahətinin daha yüksək səviyyədə təmin olunması, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsi, ARDNŞ üzrə məişət təsərrüfat işlərinin tənzimlənməsi məqsədilə 2012-ci ildə ARDNŞ-in müvafiq əmrinə əsasən Sosial İnkişaf İdarəsinin Mədəniyyət və İstirahət İşləri Departamentinin bazasında Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamenti yaradılmışdır.

Neftçilər və onların ailə üzvləri ARDNŞ Sİİ-nin nəzdində fəaliyyət göstərən Xaçmaz rayonunun Nabran ərazisindəki "Geofizik", "Nabran", Balakən rayonundakı "Qubek Hotel" istirahət mərkəzlərində, eləcə də respublikamızın digər bölgələrindəki bir-birindən gözəl olan istirahət mərkəzlərində dincəlirlər.

Şirkət əməkdaşlarının bir qrupu isə hər il olduğu kimi, bu il də gəzintiyə, istirahət etməyə Qusar İstirahət Mərkəzinə göndərilib.

Azərbaycanın gözəl guşələrindən olan Qusar istirahət mərkəzində katejlərdə komfort yüksək səviyyədə olduğu kimi, yeməkxanada da keyfiyyətli və təmiz qidalardan istifadə edilir.

Bütün turistlərə eyni xidmət göstərilməsinə baxmayaraq, SOCAR şirkətinin işçilərinə xüsusi diqqət və qayğı göstərilir.

İşçilərinə, şirkət hesabina etdiyi köməkliyə görə, mən həm də bir mətbuat görəvlisi olduğum üçün, bütün dincələn həmkarlarım adından Neft şirkətinin rəhbərliyinə təşəkkür edir və öz dərin minnətdarlığımızı bildirirəm.

Qusar İstirahət Mərkəzinin rəhbərliyinə və eləcə də bütün işçilərinə isə işlərində uğurlar arzulayırıq!..

Hörmətlə,
Sona ABBASƏLİQIZI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: