“Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi sahəsində əlavə
tədbirlər haqqında” sərəncam
577 min insanı əhatə edəcək.
ZiM.Az bildirirki, bu məlumatı
Azərbaycan Respublikasının Əmək və
əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev bildirib.
O qeyd edib ki, 1 aprel tarixindən
yeni sosial müavinətlər qüvvədə olacaq.
Nazirin sözlərinə görə, bu artımları
icra etmək üçün büdcədən əlavə 300 milyon
manatdan çox vəsait ayrılacaq .
Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.
Sahil Babayev bildirib ki, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq.
“2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat,
3-cü qrup üzrə isə 320 manat olacaq.
Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinət 200 manata çatacaq.
Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb.
Əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq”.
S.Babayev qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir
və hər bir şəxs aylıq 80 manat alacaq.
Doqquz min vətəndaşın ailəsində beşdən çox uşaq var və onlara verilən müavinət
33 manatdan 55 manata çatıb.
“Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək”, - deyə nazir bildirib.
Sahil Babayevin sözlərinə görə, əksər müavinətlər 100 faiz qaldırılıb.
“Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq.
Fevral ayında verilən son 3 qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi.
Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır.
Onların aylıq gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır”, - deyə nazir vurğulayıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.