“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb “Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində
20 Yanvar faciəsinin
26-cı ildönümünə
həsr olunmuş
anım mərasimi keçirilib.


20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsinə
həsr olunan toplantıda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəmiyyətin sədri
Saleh Məmmədov
1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyini qeyd edib: “1990-cı ilin qanlı yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi qeyd edilən tədbirdə vurğulandı ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.”

Tədbirdə bildirildi ki, məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Saleh Məmmədov xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etdiyini diqqətə çatdırıb: “Ümummilli lider yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə “Qanlı yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, eyni zamanda, Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi. Bu gün də bu siyasət ümummilli liderin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.”

Tədbirin sonunda 20 yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirilib.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: