Bir də sui-qəsd nəticəsində ölən böyük qardaşı Hüsenqulu xanı o qədər sevirdi ki, özünə vəliəhd oaraq onun yeganə oğlunu təyin etmişdi (gələcək Fətəli şah).
Murtuzaqulu adında bir qardaşı da vardı ki, Şah Qacar Murtuzaqulu xana Xəzərboyu böyük ölkə oan Gürgan hakimliyini tapşırmışdıdı.
Murtuzaqulu (1750-1800) öz şah qardaşını şikəst bilərək hakimiyyətə yararsız hesab edir, özünu layiq bilirdi. O gizlincə Xəzərdə hakim olan Rus hakimiyyəti ilə dilbir olmuşdu: ruslar ona padşahlığı söz vermişdilər.
1785-də güclü Zəndlər sülaləsinin üzərində tam qələbə çalan şah Qacarı qardaşının xəyanəti sarsıtdı.
Murtuzaqulu öz qoşunu ilə onun üzərinə gəldi. Lakin məğlub olub rus gəmisində Peterburqa qaçdı.
Ömrünün sonuna kimi orada yaşadı. II Yekaterinadan yüksək təqaüd aldı.
Deyirlər, general Zubovun qoşunu ilə Azərbaycana gəlibmiş...
Minəxanım Nuriyeva-Təkləli
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.