Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu Hüseynov (1893-1938)

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu Hüseynov (1893-1938) Mirzə Davud Bağır oğlu Hüseynov
(03. 1894 - 21.03.1938)
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri (1920),
Azərbaycanın 6-cı Xarici İşlər naziri Naziri
(05.1921 - 12.1921)


Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında anadan olmuş, 21 mart 1938-ci ildə Bakıda vəfat etmişdir.
Sovet partiya və dövlət xadimi olan M.D.Hüseynov 1918-ci ilin noyabrından Sov. İKP-nin üzvü olmuşdur.

O, 1913-cü ildə Moskva Kommersiya İnstitutuna daxil olmuşdur.
1917-ci ildə Bakıya qayıtmış, Azərbaycan tələbələri arasında inqilabi iş aparmış, tələbə komitəsini yaratmışdır.

1918-1919-cu illərdə bolşevik Hümmət təşkilatının əvvəl sədr müavini, sonra isə sədri, RK(b)P-nın Bakı komitəsinin Qafqaz Ölkə Komitəsinin üzvü olmuşdur.
Azərbaycan KP-nın I qurultayında (1920-ci il fevral) hazırkı vəziyyət haqqında məruzə etmiş, MK Rəyasət Heyətinin sədri seçilmişdir.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycan İnqilabi komitəsinin sədrinin müavini, Azərbaycan SSR Xalq Maliyyə naziri və Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışmışdır.

1930-1933-cü illərdə Tacikistan KP MK-nin birinci katibi, sonralar isə Moskvada RSFSR Xalq Maarifi Komissarlığında qeyri-rus məktəbləri şöbəsinin müdiri olmuşdur.

Dəfələrlə Azərbaycan KP MK Siyasi Şurasının, ÜİKP ZÖK və Orta Asiya bürolarının, Azərbaycan SSR, Tacikistan SSR və ZSFSR MİK Rəyasət Heyətlərinin, SSRİ MİK-nin üzvü seçilmişdir.

Əsərləri:
«Müsavat firqəsi keçmişdə və indi». Bakı - 1920.
«Azərbaycan KP-nın inkişafının əsas cəhətləri». Bakı - 1958.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: