Sərhəd mühafizəsi dövlətin varlığı

Sərhəd mühafizəsi dövlətin varlığı Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir.
Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti, onun ayrılmaz hissəsi olan Sərhəd Qoşunları keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur.


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədləri-mizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətlənib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndərin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi. Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, sərhəd qoşunlarının inkişafına göstərilən qayğının təzahürüdür. Dövlət başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığının yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır.

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan sərhədçiləri bundan sonra da yüksək peşəkarlıq nümayiş etdirəcəklər. Dövlət Sərhəd Xidmətinin ölkəmizin sərhədlərinin toxunulmazlığının təmin edilməsi ilə bağlı həyata keçirdiyi strategiya deməyə əsas verir ki, sərhədçilərimiz Vətənimizin keşiyində hər zaman ayıq-sayıq dayanır. Sərhəd mühafizəsinin 100 illiyi ilə əlaqədar yübley medalı təsis olunmuşdur.

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medal Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir.

Hal-hazırda vətənmizin sərhəd qoşunlarına başçılıq edən, Sərhəd Xidmətinin bugünkü səviyyəyə catdırılmasında böyük xidmətləri olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin İsağa oğlu Quliyevdir. O, 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1974-1982-ci illərdə Sumqayıtda 20 və 23 saylı məktəblərdə orta təhsil almış, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət etmiş, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləmişdir.

27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilmiş, 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışmışdır.

Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə Azərbaycan Respublikasının Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.

O, 2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Vətənimizin sərhədlərinin qorunmasında yorulmadan çalışan, dəyərli Vətən oğlu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-povkovnik Elçin Quliyev cənablarına uğurlar diləyirik. Onu Sərhəd mühafizəsinin 100 illiyi ilə əlaqədar ürəkdən təbrik edirik.

Həmçinin Sərhəd mühafizəsinin 100 illik yübleyi münasibəti ilə Vətənin keşiyində duran qeyrətli, əzimkar əsgər və zabitlərimizi təbrik edirik! Onlar bizim qürurumuz, varlığımızın tapındığı igidlərdir!
Allahın nəzəri daim üstlərlərində olsun!
Qoy onlar Vətənimizə göz dikən azğın düşmənlərə göz dağı olsunlar.
Allah Ordumuzu qorusun! Hər birinizi təbrik edirik, sizlərin yeri bizlərin ürəyindədir!
Bayramınız mübarək!


Ceyhun Ağabəyov
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: