“Sınıq körpü”də təmir-bərpa işləri ilin sonunadək yekunlaşacaq

“Sınıq körpü”də təmir-bərpa işləri ilin sonunadək yekunlaşacaq Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də
("Qırmızı körpü"də)
ötən ilin əvvəllərindən başlanılan təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Müəyyən işlər artıq yekunlaşmaq üzrədir.

Bunu mətbuta Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bərpa işləri tam sürətlə həyata keçirilir:

Hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilib, körpünün istinad divarları möhkəmləndirilib. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilib. Körpünün üstü, yanları, karvansaray artıq torpaq və beton qatarından təmizlənib. Fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb.
Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.

Qeyd edək ki, “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub.
Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir.
Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib.
Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.

Müşfiq BORÇALI,
ZM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: