TƏBRİK EDİRİK!...

TƏBRİK EDİRİK!...

Mənim əziz balalarım Hacıyev Ruslan bəy və Fəzilə xanım!..

Sizi bu xoş gününüz - Müqəddəs Toy gününüz münasibətilə ürəkdən təbrik edirəm!

Sizə həyatda cansağlığı və xoşbəxtlik arzulayaraq deyirəm...


SİZLƏRİ
TANRI QORUSUN!..


Yaşadığımız bu həyatda,
Sizləri Tanrı qorusun!
Bəd nəzərdən, bəd gözlərdən,
Sizləri Tanrı qorusun!

Gəzib gəldim çəmən-çölü,
Gördüm bağda şən bülbülü,
Siz bu bağın qönçə gülü,
Sizləri Tanrı qorusun!

Xoş havalar hər gün dinə
Alqış deyək belə günə,
Yalvarıram dönə-dönə...
Sizləri Tanrı qorusun!

Sizlər Tanrı mələkləri,
Ata-Ana diləkləri,
Qədiroğlu Sədi deyir:
- Pənahnızda Həzrət Əli,
Sizləri Tanrı qorusun!

Sədi QƏDİROĞLU

TƏBRİK EDİRİK!...
REDAKSİYADAN:

Biz də istedadlı
qələm dostumuz,
çox hörmətli
Sədi müəllimin
təbrikinə qoşulur,
Ruslan bəyi və
Fəzilə xanımı
ürəkdən təbrik edir,
onlara uzun ömür,
möhkəm cansağlığı,
xöşbəxtlik və
ailə səadəti
arzulayırıq!..

Müşfiq BORÇALI.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: