Təbrik edirik, TURAL BALABƏYLİ!...

Təbrik edirik, TURAL BALABƏYLİ!... Tural Balabəyli! Doğum günün mübarək qardaş! Deyirsən qocalıram. Qocal!
Amma ucalaraq qocal!
Ucalıqda qocalığın də ləzzəti var.
Faiq Balabəyli, əzizlərin və dostların sənin uğurlarına həmişə sevinsin!
Sən də onun ahıl yaşını görərək qocalasan.
Uğur və sevinc səninlə olsun!

Yaşa və yarat qardaş!
Belə gözəl şeirlərin bol olsun.


Bu şəhərə sükut çökər
şəhər yatar,
mən yatmaram…
Yalnızlıqdan
ürəyimə qəm səpilər-
tək qalaram
bu şəhəri yuxusundan oyatmaram.
Bilirəm ki,
nə bu gecə,
nə bu şəhər
yalnızlığa çarə tapmaz…
Gözlər donuq,
hər yan sükut –
ürək yatmaz…
Bu şəhərdə heç bir kəsin
halına da ağlamazlar..
Yalnızlıq bürüyər ətrafı,
bir kimsəni
tənhalıqdan almaq üçün
əl atmazlar –
ağlama, tənhalıq..!
Bu şəhərdə göz yaşı silinmir;
dərd üstünə dərd gəlir,
dərdli dərdini bilmir…
Çox üzdü bu şəhər
səni də,
məni də,
onu da…
Çətin bu şəhər
bu üzüntünü unuda…

Tural Balabəyli.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: