Nübar Mürsəl qızı Həkimova - 7 oktyabr 1972-ci ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Görkəmli folklorşünas-alim, filologiya elmləri doktoru, professor Mürsəl Həkimovun qızıdır.
1987-ci ildə Bakı şəhər 254 saylı Ümumtəhsil orta məktəbini bitirib.
Elə həmin il N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub, 1992-ci ildə həmin ali məktəbi biologiya ixtisası üzrə bitirib.
2008-ci Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev adına Fiziologiya İnsititunda namizədlik disertasiyası müdafiə edərək biologiya elmləri naməzdi elmi dərəcəsi alıb.
2012-ci ildən AMEA Folklor İnstitunun doktorantıdır.
Nübar xanım eyni zamanda AMEA Folklor İnstitunun Böyük elmi işçisi, Qazax-Borçalı folkloru bölməsinin müdiridir. "Azərbaycan-Gürcüstan həmrəyliyi yaddaşlarda", "Yuxuyozmalar, türkəçarələr, inam və etiqadlar" və s. kitabların müəllifidir.
O, həm də fəali ictimaiyyətçidir. YAP-ın Folklor İnstitutu üzrə təşkilatının sədridir.
Biz də ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından çox hörmətli Nübar xanımı
ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də bədii və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də bədii və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.