Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!.. Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!.. Əziz dostum-qardaşım,
APA-nın Gürcüstan
Bürosunun rəhbəri,
Gürcüstan Azərbaycanlı
Jurnalistlər Birliyinin sədri,
tanınmış şair-jurnalist
Nizami Məmmədzadənin
Ad gününü bu gün
əlamətdar bir gündə
"Kafqaz" restoranında
qeyd etməkdən
böyük məmnunluq
hissi keçiririk...
Ad günün mübarək,
mənim əziz qardaşım!...
Səni ürəkdən təbrik edirik!..
Sənə uzun ömür, möhkəm cansaqlıqı,
firavan həyat, xoşbzxtlik, ailə səadəti,
şəxsi həyatında, bədii yaradıcılığında,
ictimai və jurnalistlik fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Gün o gün olsun ki, səninlə birlikdə
100 yaşında yeyib icək...


Müşfiq BORÇALI.



Nizami Zilli oğlu Məmmədzadə 1957-ci il may ayının 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına məktəb illərində başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 26 Bakı Komissarları adına mətbəədə çalışıb, “Bakı” axşam qəzetində texniki redaktor işləyib. Jurnalistika fakültəsini bitirən zaman diplom rəhbəri məşhur jurnalist və ictimai xadim Nəsir İmanquliyev olub və sonra o, Nizami Məmmədzadəni “Bakı”axşam qəzetində işləməyə dəvət edib.

1984-cü ildə atası qəflətən vəfat etdiyindən ailə vəziyyəti ilə əlaqədar Borşalıya qayıdıb. Həmin ildən Marneuli Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində təlimatçı vəsifəsində işləyib. Marneuli Rayon Partiya Komitəsinin ilk partiya təşkilatının sədri seçilib. Tiflisdə Marksizm-Leninizm Universitetini bitirib. Partiya sahəsində çalışmaqla bərabər, jurnalistika ilə də məşğul olub, müxtəlif publisistik məqalələr, şeirlər, hekayələr yazaraq müntəzəm olaraq dövri mətbuatda dərc etdirib.

1989- cu ildə Şulaveri kənd Sovetliyində sədr müavini vəsifəsində işləyib. Dəfələrlə rayon və kənd Sovetinin deputatı seçilib. 2008-ci ilə kimi Şulaveri kənd bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb. Bununla bərabər 2001-ci ildə Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin orqanı olan “ZİYA” qəzetinin baş redaktoru olub və bütün şətinliklərə baxmayaraq qəzeti çap etdirib.
Nizami Məmmədzadə eyni zamanda İlya Çavçavadze adına Tiflis Pedaqoji Universitetinin Marneuli filialında üç il dərs deyib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Azərbaycan Jurnalistlər Birliyi Nizami Məmmədzadəni uzun müddət mətbuat sahəsində səmərəli fəaliyyətinə görə, Həsən Bəy Zərdabi adına makafata layiq görüb. Mükafatın diplomunu şəxsən Azərbaycan Jurnalistlər Birliyi sədri, mərhum Hacı Hacıyev təqdim edib. O, bir sıra mükafatlara da layiq görülüb. Bakıda nəşr olunan “Borçalı” və “Qafqaz Press” qəzetlərinin Gürcüstan üzrə redaktor müavini vəzifəsində çalışıb.
Onun rəhbərlik etdiyi “ZİYA” qəzeti 2012-ci ildə Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən “İlin ən yaxşı qəzeti” nominasiyasına layiq görülüb. Nizami Məmmədzadə 2012-ci ildə Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının təsis etdiyi “İlin ən fəal jurnalisti” nominasiyasına sahib olub. Gürcüstan prezidenti 2012-ci ildə onun “Şərəf ordeni” ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb, lakin məlum dövlət dəyişikliyi ərəfəsində o bu ordenə sahib ola bilməyib.

O, hazırda “Gürcüstan Azərbaycanlı Jurnalistləri Birliyi” təşkilatının sədri, “Günəş” Assosiasiyasının sədri və “Günəş” qəzetinin baş redaktorudur.
Nizami Məmmədzadə 2008-ci ildən APA-nın (Azəri-Press Agentliyinin) Gürcüstan bürosunun rəhbəri kimi Gürcüstanın ictimai-siyasi həyatına yaxşı bələddir və müntəzəm olaraq aktual xəbərləri 5 dildə uğurla fəaliyyət göstərən Apa.az saytı vasitəsi ilə Azərbaycan və dünya oxucularına çatdırır.
Nizami Məmmədzadənin indiyədək 8 kitabı işıq üzü görüb. Gürcüstanda və Azərbaycanda nəşr olunan müxtəlif almanaxlarda, müxtəlif saytlarda şeirləri və hekayələri dərc olunub və bir çox kitabların redaktoru olub. O, həmçinin Borçalıda aşıq yaradıcılığını, şifahi xalq ədəbiyyatını toplayıb. 2008-ci ildə N. Məmmədzadə görkəmli Borçalı aşığı, ustad sənətkarımız Aşıq Əmrah Gülməmmədova həsr olunan “Saz Əmrahı axtarır...” adlı kitab nəşr etdirib.

Nizami Məmmədzadənin çap olunmuş kitabları:

1. “Bu yurd mənim Borçalımdır” Şeirlər kitabı. Bakı-2002-ci il.
2. “Yurd həsrəti” Hekayələr. Bakı-2004-cü il.
3. “ATA”. Poema. Tbilisi-2007-ci il.
4. “Dünyanın o üzü və yaxud Borçalıdan Müqəddəs Məşhədədək xoş təəssüratlar...” Publisistika. Tbilisi-2008-ci il.
5. “Saz Əmrahı axtarır” Məşhur Borçalı aşığı Aşıq Əmrah Gülməmmədovun yaradıcılığı və şeirləri, eyni zamanda xatirələr toplusu. Tbilisi-2008-ci il.
6. “Borçalı harayı” Sənədli povest, publisistika, hekayələr, şeirlər. 2013-cü il. Tbilisi-2013-cü il.
7. “Отэц”- Rus dilində (Poema). 2014-cü il. Tərcümə edəni şair Qiya Paçxataşvili.
8. "Çələbilər" poeması. Tiflis-2015-ci il.

Nizami Məmmədzadənin “Yollara qovuşan iz...”, "Gürcüstan azərbaycanlı jurnalistləri" və toplayıb, hazırladığı “Borçalı bayatıları” kitabları çapa hazırdır.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: