Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..Bu günlərdə tanınmış ictimai xadim, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyininin sədri Mahirə xanım Əsədova Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərəmov adına İnkişaf Fondu tərəfindən
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günüYeni il Bayramı münasibətilə Mükafatla təltif olunub.

"Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərəmov adına Mükafat"ı
Mahirə xanıma
Fonduun sədri,
II dərəcəli müharibə əlili
Hacı Ədalət Məhərrəmov
təqdim edib.
Mahirə xanım bu barədə belə deyib:
" - Mən bir çox təşkilatlar tərəfindən fərqli mükafatlar almışam.
Milli Qəhrəman Fred-Asifin adına olan mükafatın mənim üçün başqa bir önəmi var.
Məni bir daha Vətən sevgisinə çağirir bu mükafat. Nur içində yat şəhid qardaşım.
Asif qardaşımın simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm..."


Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından hörmətli Mahirə xanımı yeni mükafatla təltif olunması
və eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli işində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: