Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Soydaşımız Rusiyada nazir müavini təyin edilib TƏBRİK EDİRİK!...

Soydaşımız Azər Talıbov Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilib.
Rusiyanın Baş naziri
Dmitri Medvedev
bu barədə
2017-ci il yanvarın 30-da
sərəncam imzalayıb.


Azər Talıbov bu vəzifəyə təyin
olunana qədər Rusiya Mərkəzi Bankı sədrinin katibliyinin rəhbəri olub.

İqtisadi İnkişaf Nazirliyində isə soydaşımız bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.

1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb.
2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib.
2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub.
O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.

Soydaşımız Rusiya prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə
təltif olunub.

Biz də - dəyərli soydaşımız, çox hörmətli Azər Talıbovu
Rusiyanın Baş naziri Dmitri Medvedevin Sərəncamı ilə
Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini
vəzifəsinə təyin olunması münasibətilə
şəxsən öz adımdan və eləcə də ZiM.Az-ın Yaradıcı Heyəti adından
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və
yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: