DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!.. Bu gün - xalqımızın dəyərli ziyalısı, görkəmli tədqiqatçı-alim, tanınmış Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, uzun müddət AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Mətbuat tarixi və publisistika" şöbəsinin müdiri və İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədri, eləcə də, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru vəzifələrində şərəflə çalışmış və hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar, ictimai və sənətşünaslıq elmləri şöbəsinin müdiri kimi məsul bir vəzifəni şərəflə daşıyan, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri və Prezident təqaüdçüsü olan Asif Rüstəmlinin doğum günüdür .
Çox hörmətli Asif müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: