70 yaşın işığında

70 yaşın işığında70 yaşın işığında
70 yaşın işığında 1 mart 2017-ci ildə Zəngilan rayon İcra Hakimiyyətində Zəngilan şəhər ərazi icra nümayəndəsi vəzifəsində çalışmış Əşrəf Şükürovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon ziyalıları, fəxri qonaqlar və yubilyarın ailə üzvləri iştirak edib.


Tədbiri açılış nitqilə başlayan Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çoxşaxəli ictimai fəaliyyəti olan Ə.Şükürovun şərəfli ömür yolundan, müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, Əşrəf Şükürov 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilmişdir.

R.Həsənov onu da qeyd edib ki, əsl insan ömrü yaşamış Ə.Şükürovun həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir.

Çıxış edənlər Əşrəf Şükürovun yüksək insani keyfiyyətlərindən, səmərəli fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Respublika Veteranlar Təşkilatının Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri Lətif Babayev çıxış edərək
2016-cı ildə veteran hərəkatında göstərdiyi xidmətə görə Əşrəf Şükürovu
“Veteran həmrəyliyi” medalı ilə təltif edib.

Biz də Əşrəf Şükürovu bir daha anadan olmasının 70 illik yubileyi və “Veteran həmrəyliyi” medalı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Təranə ŞÜKÜRLÜ,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: