Əzizimiz TURAL, Ad günün Mübarək!..

Əzizimiz TURAL, Ad günün Mübarək!.. Əzizimiz TURAL, Ad günün Mübarək!..
TƏBRİK EDİRİK!..

Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
müalicə fakültəsinin ötənilki məzunu,
sabahımızın həkimi, xalqımızı Moskvada ləyaqətlə təmsil edən,
sabahına böyük ümidlər bəslədiyimiz gənc və istedadlı ziyalı,
dəyərli vətən övladı, ən əsası, gözəl insan,
mənim əziz dostum-qardaşım Həşim bəyin
və bacım Mənzərə xanımın ilk övladı
çox hörmətli Tural Əbilovun Ad günüdür!...

Əzizimiz Tural bəyi, eləcə də atası Həşim qardaşımı və
anası Mənzərə bacımı ürəkdən təbrik edirəm!.. Var olun!..
Sizə ürəyiniz istəyən qədər uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, ailə səadəti, ürəyiniz istəyən kimi parlaq gələcək və
yeni-yeni uğurlar arzulayıram!..

Böyük hörmət və ehtiramla,
Müşfiq BORÇALI,
ZiM.Az



TURAL

BAHARIN İLK GÜNÜ GÜL AÇDI ARZUN,
PÖHRƏNDİR,QƏLBİNDƏ BİTƏNDİR TURAL.
XOŞ GÜNDƏ MÜJDƏDİR, SEVİNCİ UZUN,
DAR GÜNDƏ DADINA YETƏNDİR TURAL.

KOROĞLU YETİŞƏN KÖKDƏ, ƏSİLDƏ,
QORXAQ OĞUL OLMAZ IGID NESİLDƏ.
YAD SESLER ICINDE DOQMACA DİLDƏ
BİR ƏZİZ NƏĞMƏ TƏK ÖTƏNDİR TURAL.

GƏLƏNDƏ ÜSTÜNƏ SEYRƏLİB, YAĞI
DÜŞMƏNƏ BAC VERMƏZ QAYASI, DAĞI.
YURDUMUN BİR PARÇA DAŞI, TORPAĞI,
VƏTƏNDƏN UZAQDA, VƏTƏNDİR TURAL!..

Mətləb NAĞI



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: