Müstəqil Azərbaycan Respublikası öz qeyrətli övladlarıyla qürur duyur!

Müstəqil Azərbaycan Respublikası öz qeyrətli övladlarıyla qürur duyur!Müstəqil Azərbaycan Respublikası öz qeyrətli övladlarıyla qürur duyur! Bu gün Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti
Adil Əliyevin və ehtiyatda olan
1-ci dərəcəli kapitan (polkovnik)
Azərbaycan Respublikası Müdafiə
Nazirinin sabiq köməkçisi,
Ali Hərbi Dənizçilik Məktəbinin
sabiq rəisi Nurulla Əliyevin
ad günüdür.


Adil Əliyev ehtiyatda olan polis polkovnikidir. Uzun müddət polis orqanlarında çalışıb.

Nurulla müəllim
isə hazırda Azərbaycan Respublikası
"Dərbənd" Xeyriyyə İctimai Birliyinin sədri
dir.

Hər 2 Vətən oğlu əsl ictimaiyyətçidir, el adamıdır.

Çətin gündə insanların yanındadır. Təəssüflər olsun ki, bu gün məmləkətdə belə oğullar ya çox azdır, yada onların normal fəaliyyətləri üçün şərait yaradılmır.
Mən, hər 2 qeyrətli Vətən oğlunu ad günləri münasibətilə təbrik edirəm.

Allah Sizin kimi dəyərli insanları, Azərbaycan xalqına çox görməsin.

P.S.: Biz, eyni zamanda sentyabrın 25-də ad gününü qeyd edən bütün yaxşı insanları təbrik edirik.

Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri.

Bakı, 25.09.2017.


REDAKSİYADAN:

Biz də Şamil qardaşımızın səmimi təbrikinə və xoş arzularına qoşularaq, hörmətli millət vəkili Adil Əliyevi və hərbçi-alim Nurulla Əliyevi ürəkdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: