Medianın oliqarxların sərt maliyyə nəzarəti altında olduğu bir zamanda xalqın problemlərinin ifadəçisi və sözçüsü olmaq çox çətindir. Ona görə çətindir ki, qəzet satışının minimuma endiyi, reklam bazarının olmadığı bir ölkədə bir mətbuat orqanın hansısa maliyyə dairəsindən kənarda qalmağı inanılmaz olsa da, ancaq faktdır. Məhz bu fakt "Yeni Sözçü” qəzetini oliqarxların savaş ruporu olmaqdan qoruyur. Qəzeti təyinatına uyğun fəaliyyət göstərməyə imkan verir.
Dörd ildə "Yeni Sözçü” qəzeti ayrı-ayrı şəxslərin fərdi problemlərini ictimailəşdirməyə yox, dövlət və millət üçün qorxulu fəsadlar verən probləri ictimai müzakirələrin əsas mövzusuna çevirib, dövlət büdcəsinin ayrı-ayrı oliqarxlar tərəfindən talan edilməsini cəsarətlə ifşa edib. "Yeni Sözçü” qəzeti həmçinin dövlət üçün ən böyük bəla olan korrupsiyanı faktlar və sənədlər əsasında ifşa edilməsi ilə bağlı milli mətbuat tariximiizn ən yeni səhifələrini yazıb. Buna misal olaraq bir neçə il əvvəl taxıl istehsalçılarına verilən subsidiyalaşdırmada ciddi korrupsiya faktlarını sənədlərlə üzə çıxaran "Yeni Sözçü” qəzeti dövlətin bu sahəyə nəzarəti gücləndirməsi prosesinə təkan verdi. Və bunun nəticəsində subsidiların ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsini minimuma endirdi.
"Yeni Sözçü” qəzeti cəmiyyətdə maarifçiliyin, milli-mənəvi və bəşəri dəyərlərin təbliği ilə yanaşı,müasir milli əxlaqımıza yabançı olan mənfi halları tənqid atəşinə tutur.
"Yeni Sözçü” qəzeti Azərbaycan Respublikasından kənarda yaşayan soydaşlarımızın tribunası olmaqla bahəm, həm də onların probleminin dövlətin rəsmi orqanlarına çatdırılmasında önəmli rol oynayıb.
"Yeni Sözçü” qəzeti Azərbaycan xalqının tarixi, soy-kökü, mədəniyyəti ilə bağlı tarixi araşdırmaların və bu sahədə yazılan elmi məqalələrin yayımını özünün müqəddəs borcuvə ümdə vəzifəsi hesab edir. Şair və yazıçılarmızın əsərlərinin dərci də qəzetin milli mədəniyyətimizin inkişafına verdiyi tövhələrdən biridir.
Əlbəttə, Azərbaycanda fəaliyyət göstərən hər bir mətbuta orqanı kimi "Yeni Sözçü” qəzetinin problemləriaz deyil. Bu problemlər də ilk növbdə maddi çətinliklərdən qaynaqlanır. Həmin imkansızlıq isə "Yeni Sözçü” qəzetinin tirajının artmasına ardıcıl çap olunmasına dövrülüyünü artırmasına imkan vermir. Buna cəmiyyətmizdə böyük ehtiyac var.
Ancaq bütün çətinliklərə baxmayaraq "Yeni Sözçü” qəzeti dörd ildir ki,daşlı-kəsəkli mətbuat yolumuzda inamla irəliləyir. Heç bir yerdən maddi dəstək almadan, bu hərəkətin özü böyük uğurdur.
Lakin, "Yeni Sözçü” qəzeti əldə etdiyi nailiyyətlərlə kifayətlənmək istəmir. Bütün çətinliklərə, problemlərə baxmayaarq "Yeni Sözçü” qəzeti xalqın layiqli sözçüsü, həqiqi fikirlərinin ifadəçəsi olmaqda davam edəcək. Eyni zamanda "Yeni Sözçü” qəzeti Azərbaycan xalqının Qarabağ problemi ilə haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında üzərinə düşən vəzifəni şərəflə yerinə yetirəcək. Sosial məsələlərin həllində yaxından iştirak edəcəkdir.Bununla yanaşı Azərbaycan respublikasından kənarda yaşayan soydaşıarımızın problemlərini diqqətdə saxlayacaq, yeri gəldikşə onların tribunasına çevirləcək, habelə. Azərbaycan xalqının tarixi, maddi və mənəvi mədəniyyəti ilə bağlı araşdırmaların, elmi məqalələrin, bədii əsərlərin yayımını davam etdirəcək. Qələm sahiblərinin, şair və yazıçıların əsərlərinə qəzet səhifələrində yer verilməsi ənənəsi bundan sonra davam ediriləcək.
Arzuman Loğmanoğlu
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.