ZiM.Az xəbər verir ki, tədbirdə Dərbənd
icra hakimiyyətinin Mədəniyyət və idman şöbəsinin müdiri Nərminə Baloğlanova, kitabxananın direktoru Diana xanım Əliyeva, "Gülüstan" Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh, Rusiya Yazarlar Birliyinin üzvü şairə-dramaturq Bikəxanım Əlibəyova, AzərRos-un Dərbənd şöbəsinin müdiri Telman Tahirli, Dərbənd-Azərbaycan Teatrının direktoru Firdovsi Əhmədov, əməkdar artistlər Yaqut Xandadaşova, Sevda Bəybalayeva, Xalq TV-nin rəhbəri Hidayət Möhnətov, həkim-alim Natiqə İsmayılova, "Borçalı" qəzetinin şöbə müdiri Elmira Əhmədova, şair Mürvət Qədimoğlu Həkəri, jurnalistlər Mənsurə Həşimova, Jalə Əkbərova, Kamilə İbrahimova və başqaları çıxış edərək yubilyarı təbrik ediblər.
Xanəndə, şairə Ziba Hüseynova və xanəndə-müğənni Sübhan Əkbərzadə oxuduqları mahnılarla tədbir iştirakçılarını feyziyab ediblər.
AzərRos-un Dərbənd şöbəsinin müdiri, beynəlxalq jurnalist
Telman Tahirli yubilyarı xüsusi diplomla təltif etdi, kitabxananın müdiri
Diana Əliyeva Dərbəndlə bağlı kitabları və qiymətli hədiyyəsini Azadə-Talehə hədiyyə edib.
Azadə-Taleh də öz növbəsində tədbir təşkilatçılarını rəhbərlik etdiyi "Qafqaz-Media" İctimai Birliyinin
"Pərixan Xatun", "Ustad Qələm Sahibi," Cəsarətli Qələm" diplomları ilə təltif edib. Xocalı şəhidi Şöhrət Həsənova və aprel şəhidi, pilot-mayor Təbriz Musazadəyə həsr etdiyi kitablarını və yenicə bəstəkar Arif Səlimov tərəfindən hazırlanmış Azadə-Talehin sözlərinə bəstələnmiş mahnılardan ibarət diski qonaqlara hədiyyə edib.
2014-cü ildən üzvü olduğu "Gülüstan" Ədəbiyyatçılar İttifaqının üzvlük vəsiqəsini İttifaqın sədri Tahir Saleh Xalq TV-nin rəhbəri, yazıçı Hacı Hidayət Şirvanlıya təqdim edib.
Hidayət müəllim də öz növbəsində "Xalq TV"-nin dostu diplomlarını və kitablarını tədbir iştirakçılarına hədiyyə edib.
Tədbirdən sonra Bikəxanımın təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Dərbənddəki Cümə məscidində, Narın-Qalada və Xəzər dənizinin sahilində olublar.
55 illik yubileyiniz mübarək, hörmətli Hacı-Azadə-Taleh Abbasqızı!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.