Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..
TƏBRİK EDİRİK!..

Bu gün Azərbaycan
Texniki Uiniversitetinin
“Azərbaycan dili və pedaqogika”
kafedrasının müdiri,
tanınmış dilçi-alim,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Həbib Mirzəyevin doğum günüdür!..

Həbib Adil oğlu Mirzəyev - 1961-ci il dekabrın 14-də
respublikamızın dilbər guşələrindən olan Yardımlı rayonunda qulluqçu ailəsində anadan olmuşdur.
1968-78-ci illərdə Yardımlı rayonundakı M.F.Axundov adına 1 №-li ota məktəbdə ümumorta təhsil almışdır.

O, 1980-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin filologiya fakültəsinə daxil olmuş,
1984-cü ildə oranı “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bitirmişdir.

Universiteti bitirdikdən sonra təyinatla öz doğma rayonunda, 2 №-li orta məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. 1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1987-1991-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Mənzil Kommunal İdarəsində təşkilatçı-müəllim vəzifəsində çalışmışdır.

1991-ci ildən Azərbaycan Texniki Universitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasında laborant, baş laborant vəzifələrində işləmişdir. 1996-cı ildə müəllim, 2003-cü ildə isə baş müəllim vəzifələrinə seçilmişdir. 2005-ci ildən isə kafedranın dosentidir. 2006-2011-ci illərdə paralel olaraq Xarici Vətəndaşların təhsili dekanının və kafedra müdirinin müavini vəzifələrində çalışmışdır.

H.A.Mirzəyev 2011-ci ildə isə “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
2016-cı ildən ikinci müddətə yenidən həmin vəzifəyə seçilmişdir.

2001-ci ildə Respublikanın görkəmli terminoloq alimi, professor Məmməd Qasımovun və tanınmış alim, xeyirxah insan professor Müseyib Məmmədovun elmi rəhbərliyi altında “Azərbaycan dilində kargüzarlıq terminləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək AAK-ın qərarı ilə H.A.Mirzəyev filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, 2012-ci il yanvar ayından etbarən AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmlər Doktoru Hazırlığı Proqramı üzrə doktorantdır və mütəmadi olaraq AMEA Nəsimi adına Dilçilik İnstitutunda və Bakı Slavyan Universitetində müdafiəyə təqdim edilən dissertasiya işlərinə opponentlik edir.

H.A.Mirzəyev “Hüseyn Arif poeziyasının dil və janr məsələləri” mövzusunda doktorluq dissertasiya işini tamamlamış, artıq müzakirəyə təqdim etmişdir. Dissertasiya mövzusu üzrə 50-yə qədər elmi əsərin müəllifidir. Onlardan 6-sı xaricdə, 8-i isə beynəlxalq konfrans materiallarında çap edilmişdir.
H.A.Mirzəyev ümumilikdə 150-yə qədər elmi-metodik əsərin müəllifidir. Onlardan 1-i dərslik, 2-si dərs vəsaiti, 2-si monoqrafiya, 1-i lüğət, 9-u metodik vəsaitdir.
Kitabları aşağıdakılardır:
Azərbaycan dili. Dərslik, Bakı, Təhsil NPM, 2012, 398 səh.
Azərbaycan dilində kargüzarlıq terminləri. Monoqrafiya. Bakı. Təhsil NPM, 2010, 164 səh.
Hüseyn Arif poeziyasının linqvopoetik xüsusiyyətləri. Bakı, 2018, 285 səh.
Azərbaycan dili və nitq mədəniyyəti. Mühazirə materiallar. Dərs vəsaiti. Bakı, AzTU, 2015, 125 səh.
Nitqin inkişafı. Dərs vəsaiti. Bakı, Elm və təhsil, 2015, 192 səh.
Azərbaycan və türk dillərində işlənən müştərək sözlər. Lüğət. Bakı. Elm, 2005. 164 səh.
Azərbaycan dilindən didaktik materiallar. Metodik vəsait. Bakı. Təhsil NPM, 2005. 220 səh.
Azərbaycan dili (ixtisas mətnləri) Bakı. 1999. 50 səh.
Azərbaycan dili (oxu mətnləri) Bakı “Şuşa” 2001. 160 səh.

H.A.Mirzəyev Azərbaycan Texniki Universitetinin və Mühəndis biznesi və menecment fakültəsinin Elmi şuralarının üzvüdür. Universitet üzrə Həmkarlar İttifaqı Komitəsi sədrinin müavinidir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda YAP Yasamal rayonu üzrə Hüseyn Cavid 25 ərazi təşkilatı idarə heyyətinin üzvüdür.

Ailəlidir, 2 övladı var.

BİZ DƏ, FÜRSƏTDƏN İSTİFADƏ EDƏRƏK, ZiM.Az-ın BÜTÜN YARADICI HEYƏTİ ADINDAN
ƏZİZ VƏ HÖRMƏTLİ HƏBİB MÜƏLLİMİ DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRİK!..
ONA UZUN ÖMÜR, MÖHKƏM CAN SAQLIĞI, ŞƏXSİ HƏYATINDA VƏ ELMİ-PEDAQOJİ
FƏALİYYƏTİNDƏ YENİ-YENİ UĞURLAR ARZULAYIRIQ!...

Müşfiq BORÇALI,
ZiM.Az.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: