Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib

Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilibMüşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib TƏBRİK EDİRİK!..

Martın 7-də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
VI Plenumu keçirilib.

Plenumun gündəliyinə təşkilati məsələ daxil edilib.

Keçirilən səsvermənin nəticələri əsasında Müşfiq Əmirov Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Rəşad Səfərov isə sədrin müavini seçilib.


İclasda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni rəhbərliyə gələcək işlərində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib, o cümlədən sahə həmkarlar ittifaqlarında mövcud olan nöqsanların aradan qaldırılmasını tapşırıb.

Bildirib ki, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində səylər artırılmalıdır.

Səttar Möhbalıyev həmçinin imzalanan kollektiv müqavilənin şərtlərinə əməl edilməsini, buna nəzarətin həyata keçirilməsini və mütəmadi olaraq müzakirələrin aparılmasını, eləcə də yığılan üzvlük haqqından təyinatı üzrə düzgün istifadəni diqqətə çatdırıb.

Biz də çox hörmətli Müşfiq Əmirovu və Rəşad Səfərovu yeni vəzifəyə seçilmələri münasibətilə ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: