Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib TƏBRİK EDİRİK!

QAFAR ƏSGƏRZADƏ – 60

Bu gün – 2023-cü il oktyabrın 7-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində tanınmış jurnalist, ssenarist, publisist, aparıcı, bədii qiraətçi, tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Tərəqqi" medallı, Əməkdar jurnalist, "Humanizm carçısı""Cəfər Cabbarlı" mükafatları laureatı, Azərbaycan Mətbuat Şurasının diplomçusu, ictimai xadim, 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Ümumi pedaqogika kafedrasının dosenti, hörmətli Qafar Əsgərzadənin anadan olmasının 60, yaradıcılığının 40 illik yubileyinə həsr olunmuş “Könlümün ilham pərisi" adlı ədəbi-bədii, musiqili tədbir keçirildi.


Tədbirdə ilk olaraq Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirə dəvət olunan, Azərbaycanın sayılıb-seçilən ziyalıları, tanınmış incəsənət xadimləri ürəkdolusu çıxışlarında yubiliyarı təbrik etməklə yanaşı, ona yaradıcılıq yollarında bitib-tükənməyən uğurlar arzuladılar.

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, Azərbaycan Respublika-sının əməkdar artisti, tanınmış aparıcı, diktor, ssenarist, rejissor Rafiq Həşimov yubilyarın televiziyadakı fəaliyyətini yüksək qiymətləndirdi, öz adından, eləcə də, “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin kollektivi və sədri, "Tərəqqi" medallı, filologiya elmləri doktoru Rövşən Məmmədovun səmimi təbriklərini və xoş arzularını çatdırdı.

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Ümumi pedaqogikı kafedrasının müdiri, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov yubilyarı ürəkdən təbrik etdi, onun ADPU-dakı pedaqoji fəaliyyətini yüksək qiymətləndirdi, ona ən səmimi arzularını söylədi və ADPU-nun rektoru, "Şöhrət" ordenli, tarix elmləri doktoru, professor Cəfər Çəfərovun adından “Təbrik ünvanı”nı yubilyara təqdim etdi.

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, Yasamal rayon Ağsaqqallar Şurasının sədri, professor Cavanşir Qurbanovun adından isə Zəfərimizin simvolu olan "Dəmir yumruq" yubiliyara Xalq şairimiz Cabir Novruzun gəlini, ölməz sənətkarımız Əliabbas Qədirovun qızı, tibb elmləri doktoru Gültəkin Novruz tərəfindən hədiyyə olaraq təqdim olundu.

Tədbiri tanınmış incəsənət ustaları respublikanın əməkdar artisti Tariyel Abbasovun bədii rəhbəri olduğu Əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansanblının müşayiəti ilə bəstəkar mahnılarını oxumaqla daha da rövnəqləndirdilər.

Sonda Qafar Əsgərzadəni sevərlər yubilyarla xatirə üçün foto-şəkillər çəkdirdilər.



Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib
P.S:

Tədbirdə Azərbaycan Texniki Universitetinin “Humanitar fənnlər” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev və “Ziya” qəzetinin, “zim.az” və “ziya.info.az” saytlarının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı da iştirak etmiş, yubilyarı ürəkdən təbrik etmiş və ona yeni-yeni yaradıcılıq uğurları arzulamışlar!..



Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib Redaksiyadan:

Biz də bir daha bu günkü yubiley tədbirində səslənmiş səmimi təbriklərə və xoş arzulara qoşularaq, dəyərli həmkarımız, istedadlı qələm dostumuz, vətənpərvər, yurdsevər, nəcib, humanist, mehriban və xeyirxah insan, tanınmış jurnalist, ssenarist, publisist, aparıcı, bədii qiraətçi, tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Tərəqqi" medallı, Əməkdar jurnalist, "Humanizm carçısı""Cəfər Cabbarlı" mükafatları laureatı, Azərbaycan Mətbuat Şurasının diplomçusu, ictimai xadim, 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, çox hörmətli Qafar Ələsgər oğlu Əsgərovu anadan olmasının 60, yaradıcılığının 40 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi-pedaqofi və ictimai fəaliyyətində, eləcə də bədii yaradıcılığında, yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Müşfiq BORÇALI,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: