rast gəlirəm.
Vaxtımın azlığından çox heyfslənirəm ki, məlumatları vaxtında və dəqiq öyrənməkdə
çətinlik çəkirəm.
Bəzən oxuduğum məlumatlar deşifrə olunmuş məlumatlar olur, bəzən isə məntiqə uyğun gəlmir.
Mənim şəxsən tanıdığım çox savadlı Alimlər, təhsil işçiləri vardır ki, onların arasında dost olduqlarım, AMEA da, Təhsil Nazirliyində, ayrı ayrı Universitetlərdə, Elmi Tədqiqat İnstitutlarında çalışan kiçik elmi işçilərdən tutmuş Akademiklərə qədər əlaqədə olduqlarım vardır.
Onlar arasında Facebookdan istifadə edənlər və etməyənlər də var.
Ad yazmaq, kiminsə ismini etiketləmək istəmirəm.
Hamınını oxumasında bir yarar görürəm.
Bunları yazmaqda isə məqsədim belədir:
Ölkəmizin Elmi-Pedaqoji ictimaiyyatını, Ziyalılarımızı Azərbaycan təhsilini, Azərbaycan Elmini önə aparacaq Seminarlar, Elmi-Pedaqoji Söhbətlər aparmaqla dini xurafatçıları və onları ölkəmizə gətirənləri ifşa etməyə çağırmaqdır.
Azərbaycanda bir neçə vaxtdan bəri mənasız və intellektlə əlaqəsi olmayan, elmdən uzaq və ancaq dini xurafata əsaslanan seminarlar keçirir insanların, təhsil işçilərinin beyinlərini manipulyasiya edirlər.
Bu seminarları təşkil edənlərin özləri heç bilmirlər nə etdiklərini.
Çox təəssüf üsirəm ki, belə məsələlərə niyə reaksiya verilmir?
Mən reaksiyanı əsasən Azərbaycanda dəyərli ziyalılardan gözləyirəm...
Çünki ziyalı bu məsələləri görüb susmamalıdır!
Məlumdur ki, texnologiya əsrində yaşayırıq.
Bu gün istifadə etdiyimiz hər hansı bir elektronik əşya bir neçə aydan sonra könhəlmiş sayılır...
Nə üçün, çünki artıq inkişaf o qədər sürətlə gedir ki, bu sürəti qabaqlamaq olmur....
İndi dünyanın inkişaf etmiş ölkələrində həmin belə sürətləri qabaqlamağa çalışırlar....
Bizdə Azərbaycanda isə dini xurafatla uğraşırlar.
Hesab edirəm ki, doğru anlayacaqlar yazdıqlarımı. Din çox vacibdir.
Amma, dini bilgisi olmayan insanları bir araya gətirib onların beyinlərini manipulyasiya etmək çox qorxuludur.
Belə mənasız "seminarlar" əvəzinə məsələn, "ScienceSlam", "TEDx" və s. kimi çox maraqlı və məntiqli pedaqoji, elmi yarışlar, elmi diskussiyalar, interaktiv söhbətlər təşkil etmək olar. Pedaqoji yöndə bu tipli seminarlar, söhbətlər daha yararlıdır və belə bir addım daha məntiqlidir.
Hətta mən deyərdim ki, bunları tam öz dilimizdə etmək olar.
Yəni özümüz milli ad verməliyik belə seminarlara və bunları ölkə miqyasında təşkil edib yadelli "seminarçılara" yox deməliyik.
Bu yolda bütün Azərbaycan gəncliyiniə, Azərbaycan pedaqoqikasına, Azərbaycan təhsilinə və Azərbaycan Elminə böyük uğurlar diləyirəm.
Pərviz ƏMİRASLAN,
Almaniya Mühəndislər Birliyinin həqiqi üzvü
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.