11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama

11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama Azərbaycan Respublikası Təhsil Nazirliyi
11 illik məktəblərin
ləğv olunması ilə bağlı
yayılan xəbərlərə
aydınlıq gətirib.


Nazirliyin mətbuat
xidmətinin rəhbəri
Cəsarət Valehov
bildirib ki,
2011-ci ildən Azərbaycanda pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi gündəmə gəlib.

Həmin ildən bu proses Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib:
“Bu il 180-dan artıq məktəbdə tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib. Şagirdlər meyl və maraqlarını nəzərə alaraq həmin təmayüllər üzrə tam orta təhsillərini X-XI siniflərdə davam etdirə bilərlər. IX sinfə kimi isə ümumi orta təhsil mərhələsidir və bu təhsil icbaridir. Şagirdlər icbari təhsil pilləsini başa vurduqdan sonra həm orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə bilər, həm də seçdikləri təmayül istiqamətlər üzrə təhsillərini tam orta təhsildə davam etdirə bilərlər”.

C.Valehov bildirib ki, bu məktəbdə 11 ilk təhsilin ləğvi demək deyil:
“Sadəcə, şagirdlər IX sinifdən sonra X-XI sinifdə dərinləşdirilmiş tədris proqramları ilə təmayül mərhələsi üzrə təhsillərini davam etdirirlər. Burada XI sinfin və yaxud tam orta təhsil mərhələsinin ləğvindən söhbət gedə bilməz. Təhsil haqqında qanunda 11 illik təhsil nəzərdə tutulub və onun ləğvi mümkün olan hal deyil. Sadəcə bəzi rayonlarda təmayül siniflər müəyyən məktəblərdə yaradılacaq. Təmayül siniflərin təşkili ilə bağlı əsasnaməyə uyğun olaraq təmayül istiqamətlər üzrə siniflərin təşkili imkan olan məktəblərdə yaradılır. Gələn tədris ilində bu prosesin kütləvi şəkidlə və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, son günlər mətbuatda 11 illik təhsilin ləğv edilməsi ilə məlumatlar yayılıb.
Bu gün isə Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova mətbuata açıqlamasında
bu məlumatı təsdiqləyib.
Şöbə müdiri bunun yalnız Tovuza aid olan məsələ deyil, digər rayonlara da aid olduğunu deyib.
Şöbə müdiri sentyabrın 15-dən Tovuzda 16 məktəb təmayüllər üzrə fəaliyyət göstərəcək,
qalan məktəblər isə 9 illik olacağını da əlavə edib.

Zim.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: