Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edibTəhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib Təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

Oktyabrın 8-də Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidzenin dəvəti ilə bu ölkəyə səfər edən təhsil naziri Mikayıl Cabbarov öncə Tbilisidə yerləşən Heydər Əliyev Parkını ziyarət edərək ulu öndərin abidəsi önünə güllər qoyub.

Sonra Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze ilə görüş keçirilib. Görüşdə nazirlər Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə inkişafını və hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd ediblər.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspektivləri, təhsilin müxtəlif sahələri üzrə qarşılıqlı təcrübə mübadiləsi, ali təhsil sahəsində əməkdaşlıq, Gürcüstanda yaşayan azərbaycanlı icmasının təhsil problemləri və onların həlli istiqamətində səylərin artırılması, xüsusilə də müəllim hazırlığı və məktəblərin Azərbaycan dili və ədəbiyyatı dərslikləri ilə təmin olunması kimi məsələlər müzakirə olunub.

Daha sonra Mikayıl Cabbarov azərbaycanlı icmasının təhsil aldığı M.F.Axundzadə adına Tbilisi şəhəri 73 saylı64 saylı orta məktəblərdə olub, hər iki təhsil müəssisəsinin müəllim və şagird heyəti ilə görüşüb, onların vəziyyəti ilə maraqlanıb.

Tbilisidəki 73 saylı orta məktəbin direktoru Salman Pirməmmədov bildirib ki, burada 200-dək azərbaycanlı şagird təhsil alır. SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına təmir olunan məktəbdə azərbaycanlılarla yanaşı, gürcülər və digər millətlərin nümayəndələri də təhsil alırlar. Burada şagirdlərin Azərbaycan dilini öyrənmələri və normal təhsil almaları üçün hər cür şərait yaradılıb.

Nazir M.Cabbarov sinif otaqlarında yaradılan şəraitlə tanış olub, məktəbdə təhsil alan şagirdlərlə görüşüb. Şagirdlər Azərbaycan, gürcü və ingilis dillərində Vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.

Sonra Azərbaycanın təhsil naziri 64 saylı məktəbə gəlib. Məktəbin direktoru Tamara Mamsikaşvili qonaqlara təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 130 azərbaycanlının təhsil aldığı məktəbdə rus və gürcü bölmələri də fəaliyyət göstərir.

Nazir məktəbdəki sinif otaqları ilə tanış olub.

Məktəbin nəzdində fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun şagirdləri qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib, Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.

M.Cabbarov hər iki məktəbin şagirdlərinin dərsliklərlə təmin olunmasına yardım göstəriləcəyini bildirib.

Təhsil Nazirliyi adından məktəblərə xatirə hədiyyələri təqdim olunub.

Səfər çərçivəsində Mikayıl Cabbarov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində Gürcüstandakı azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüb, onların problemləri ilə maraqlanıb və suallarını cavablandırıb.

Görüşü Azərbaycan Respublikasının Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azər Hüseyn açaraq Azərbaycanın təhsil nazirinin Gürcüstana səfərini yüksək qiymətləndirib və keçirilən görüşlərin səmərəli olduğunu bildirib.

Sonra nazir Mikayıl Cabbarov azərbaycanlı icmasının nümayəndələri qarşısında çıxış edib. Nazir görüşə gəldikləri üçün Azərbaycan icmasının üzvlərinə minnətdarlığını bildirib.

Mikayıl Cabbarov çıxışında Azərbaycan və Gürcüstanda təhsil sahəsində bir sıra layihələrin həyata keçirildiyini qeyd edib: "Son 10 il ərzində Gürcüstanın ali məktəblərində azərbaycanlı tələbələrin sayı onlarla artıb. Bu, böyük uğurdur və tələbələrimizin sayı dəfələrlə çox ola bilər. Gürcüstan təhsil nazirliyinin həyata keçirdiyi 1+4 proqramı etnik icmalara da şamil olunur. Nazirliklə bizim məqsədlərimiz üst-üsə düşür."

Nazir icma üzvləri ilə görüşündə Azərbaycanda təhsilin vəziyyəti və bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanda 4.500 təhsil müəssisəsinin 3 mindən çoxunun yenidən tikildiyini və əsaslı şəkildə təmir olunduğunu bildirib və bu məktəblərdə 1 mln 300 min şagird təhsil aldığını, gələcəkdə şagirdlərin sayının daha da artacağını qeyd edib."

Görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin vəziyyəti və kadr çatışmazlığı məsələləri ən aktual müzakirə mövzusu olub. Nazir Azərbaycanda müəllim peşəsinə marağın çoxaldığını və Gürcüstanın təhsil nazirinin də bu fikirdə olduğunu bildirib: "Hər iki dövlətin eyni maraqları üst-üstə düşən maraqlardır. Biz nazirlə bir sıra aktual məsələlər haqqında müzakirə aparmışıq. İlk növbədə azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı və müəllimin dərs demə keyfiyyəti bizi çox maraqlandırıb."

Tədbirdə nazir azərbaycandilli məktəblərdə müəllimlərin ixtisas artırma sahəsində təkmilləşdirmə kursları üçün mütəxəssislər göndərilməyinə razı olduğunu bildirib.

Nazir ilə görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov, "Qarapapaqlar" jurnalının baş redaktoru Akif Xansultanlı və b. müxtəlif təkliflər irəli sürüblər.
Tədbirdə Azərbaycan və Gürcüstan hökumətinin səyi nəticəsində kadr siyasətinin həll edilməsinin mümkün olduğu bildirilib.
Tədbirdə Gürcüstanda milli musiqimizin təbliği, yaşadılması və qorunması ilə bağlı incəsənət gimnaziyasının yaradılması təklif edilib.

Tədbirdə nazirə Ermənistanla sərhəddə yerləşən Sadaxlı kənd orta məktəbinin 110 illik yubileyi keçiriləcəyi bildirilib və nazir bu yubileyə dəvət edilib.

Nazir Mikayıl Cabbarov ona ünvanlanan sualları cavablandırıb.

Görüşdə Gürcüstanın baş nazirinin müşaviri Savalan Mirzəyev, Gürcüstan barış və vətəndaş məsələləri üzrə dövlət nazirliyinin Kvemo Kartli üzrə müşaviri Zaur Darğallı, Gürcüstan parlamentinin indiki və sabiq azərbaycanlı deputatları, səfirlik əməkdaşları, QHT rəhbərləri və jurnalistlər, məktəb direktorları iştirak ediblər.

Səfər zamanı Mikayıl Cabbarov həmçinin, Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadənin ev muzeyini ziyarət edib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: