Avstraliya Universitetinin nümayəndəsi AzTU-da olmuşdur

Avstraliya Universitetinin nümayəndəsi AzTU-da olmuşdurMacquarie Universitetinin Orta Şərq və Qafqaz üzrə regional direktoru Michael Aust Afrika AzTU ilə yaxından tanış olmuşdur

AzTU-dan "Ziya" qəzetinin baş redaktoru Müşfiq Borçalı Zim.Az-a bildirmişdir ki, Avstraliyanın Sidney şəhərində yerləşən Macquarie Universitetinin Orta Şərq və Qafqaz üzrə regional direktoru Michael Aust Afrika oktyabrın 15-də Azərbaycan Texniki Universitetində olmuşdur.

AzTU-nun rektoru, Əməkdar Elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov qonağı salamlayaraq başçılıq etdiyi Universitetin yaranma tarixindən, müasir dövrün tələblərinə uyğun yüksəkixtisaslı mühəndis kadrların hazırlanması sahəsində görülən işlərdən, ali təhsilin Avropa təhsil sisteminə inteqrasiya etdirilməsindən ətraflı söz açmış və Avstraliyanın ali məktəbləri ilə əməkdaşlığın vacib olduğunu vurğulayaraq birgə proqramların həyata keçirilməsinin, dünyanın qabaqcıl universitetlərinin iş təcrübəsindən yararlanmağın xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırmışdır.

Daha sonra Avstraliyanın ən önəmli təhsil və araşdırma universitetlərindən biri olan Macquarie Universiteti haqqında ətraflı məlumat verən Michael Aust Afrika AzTU ilə yaxından tanış olaraq əməkdaşlıq etmək istədiklərini bildirmişdir.

Söhbət zamanı hər iki Universitet arasında gələcəkdə texniki sahələr üzrə potensial əlaqələrin həyata keçirilməsi, birgə elmi təqiqatların aparılması, kitabların nəşri, müəllim-tələbə mübadiləsi və konfransların keçirilməsi müzakirə olunmuş və ilkin razılıq əldə edilmişdir.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: