Tələbə Həmkarlar Təşkilatı
olaraq bildiririk ki,
18.10.2015-ci il tarixində
fakültə dekanı Ə.İ.Əliyev,
BDU THİK-in sədri D.M.Qənbərov,
dekan müavini A.N.İbrahimovanın
iştirakı ilə Hüquq THT-in
2015-2016-cı tədris ili üçün
yeni büro seçkiləri
keçirilmişdir.
Seçki nəticəsində sədr,
2 sədr müavini və
12 büro üzvü olmaqla
İdarə Heyəti
formalaşdırılmışdır.
04.11.2015-ci ildə isə
Hüquq Fakültəsi
THT-nın İdarə Heyəti
həm fakültə tələbələri ilə
cari mövsüm üzrə
ilk görüşünü keçirmiş,
həm də gələcək
fəaliyyət planlarını
tələbələrlə bölüşərək
yeni büro üzvlərini
tələbələrə təqdim etmişdir.
Hər birinizi gələcək
layihələrimizdə
aktiv iştirak etməyə
səsləyirik.
BDU Hüquq THT-nin
2015-2016-cı il
İdarə Heyəti.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.