Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr

Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilən “Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr” mövzusunda ümumrespublika elmi-parktik konfransı keçirildi.

Tədbirdən əvvəl qonaqlar kollecdə Heydər Əliyev muzeyinin,yeni yaradılmış informatika kabinetinin açılışında iştirak etdilər, sinifləri gəzərək açıq dərslərlə ,tələbələrin əl işləri, yaratdıqları sənət əsərləri, açıq dərs topluları ilə tanış oldular,”Texnologiya müəllimliyi” ixtisası tələbələrinin bişirdikləri düşbərədən daddılar. Bu hadisə onu deməyə əsas verir ki, kollecdə Azərbaycan xalqının milli-mənəvi dəyərləri ən yüksək səviyyədə qorunur, gələcək nəsillərə çatdırılır.

Konfransda Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev Azərbaycanda həyata keçirilən islahatlardan, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam edən inkişafımızdan söhbət açdı.İcra başçısı kollecdə gələcək ailələrin başçıları, əsl Azərbaycan xanımlarının yüksək və hərtərəfli təhsil aldıqlarını, kamil vətəndaş kimi yetişdiklərini və şübhəsiz onların da gələcəkdə cəmiyyətimizin, dövlətimizin inkişafına öz töhfələrini verəcəklərini vurğuladı. Bütün bunların ümumilikdə Azərbaycan dövlətinə və xalqına layiqli xidmətlər olduğunu söylədi.

Kollecin direktoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, professor Nurlana Əliyeva öz çıxışında bildirdi ki,müəllimin fəaliyyəti müəllimin zahiri görkəmində, şagirdlərin geyimində, keçirilən mədəni-kütləvi tədbirlərin məzmununda, mahiyyətində, məktəbin daxili nizam-intizamında, müəllimin etik davranış qaydalarında, müəllim-tələbə münasibətlərinin həssaslığında, zərifliyində, ayrı-ayrı fənlər üzrə dərslərin müxtəlif metod və üsullarında, fənn kabinetlərinin, bütövlükdə məktəbin tərtibatında öz əksini tapır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Zahid Xəlil
bildirdi ki, müşahidə edilənlər kollecin daim özünü təkmilləşdirdiyini sübut edir.Milli-mənəvi dəyərləri yaradan, qoruyan anadır. Bu kollec isə həmin anaları, ziyalı Azərbaycan qadınını, gələcəyin ailə başçılarını yetişdirir, onlara təhsil verir.

Konfransda Təhsil Problemləri İnstitutunun baş elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov “Gənclərdə milli ənənələr, mütaliə, virtual aləm təfəkkürünün formalaşması prosesində məktəbin və ailənin rolu”, Kollecin IV kurs tələbəsi Aygün Paşazadə “Məktəb milli mühitin beşiyidir” mövzularında çıxışlar etdilər.

Tələbələrin ifasında maraqlı kompozisiya və “Ey qüdrətli Azərbaycan” musiqisi dinlənildi.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: