Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov proqramın universitetdə akkreditasiyaya hazırlanması vəziyyətindən danışıb. Rektor rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd edilib ki, AzTU hazırda Avropa, Asiya, Amerika və Avstraliyanın 100-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq edir.
Bildirilib ki, Azərbaycanda sənayenin sürətli inkişafı, bu sahə üzrə yüksək ixtisaslı kadrlara olan tələbat universitetin məsuliyyətini daha da artırır. Bu gün ölkəmizdə yeni texnologiyalar əsasında qurulmuş sənaye müəssisələri fəaliyyət göstərdiyindən bu texnologiyaları mənimsəmiş mühəndis kadrlarının hazırlığına geniş tələbat yaranıb.
Təhsil Nazirliyinin nümayəndəsi Yaqub Piriyev ölkəmiz üzrə bu proqramın yerinə yetirilməsi və akkreditasiyaya hazırlıq məsələlərini şərh edib. Bildirilib ki, nazirlik Azərbaycan təhsilinin dünyaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsini və əməkdaşlığın inkişafını dəstəkləyir.
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəzifəsini icra edən professor Vaqif Qurbanov təmsil etdiyi ali təhsil müəssisəsində bu məsələ ilə bağlı vəziyyət barədə məlumat verib.
Sonda ASIIN-nin ekspertlərinin sualları cavablandırılıb.
Ekspertlər yoxlama işlərini aprelin 3-dən Sumqayıt Dövlət Universitetində və ADNA-da davam etdirəcəklər.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.