Milli Azlıqların Hüquqlarının Müdafiəsi üzrə Minitorinq Qrupu (MRMG) müəyyən edib ki, adıçəkilən küçə artıq 20 ilə yaxındır ki, azərbaycanlı aktyorun adını daşımır.
Təəssüflə qeyd etmək lazımdır ki, küçədə İbrahim İsfahanlının adı olduğu lövhələr yoxdur və küçədə bu günə qədər Vaxtanq Qorqasalinin adı olduğu köhnə lövhələr qalıb. Aktyorunəmisi oğlu Eldar Hüseynzadə arxivdən dəqiqləşdirib ki, küçəyə aktyorun adının verilməsi ilə bağlı qərar qüvvədədir və poçt və təcili yardım sistemində həmin küçə İbrahim İsfahanlı küçəsi kimi qeyd olunub.
Milli Azlıqların Hüquqlarının Müdafiəsi üzrə Minitorinq Qrupu məsələ ilə bağlı Tbilisi meri David Narmaniyaya müraciət edib:
“Küçənin adının bərpa olunması və küçənin adını bildirən müvafiq lövhələrin vurulması məsələsinə baxmağınızı xahiş edirik. Ümid edirik ki, adıçəkilən küçə nəhayət ki, özünün qanuni adını
əldə edəcək”.
Tbilisi Meriyası məktuba cavab olaraq bildirib ki, yaxın gələcəkdə küçənin adının olduğu lövhələrin hazırlanması üçün şirkətin müəyyən olunması ilə
bağlı tender elan olunacaq. Tenderdə qalib gələcək şirkət həmin lövhələri hazırlayacaq və adıçəkilən küçəyə vurulacaq.
"Müvəkkil" qəzeti, № 28, 15 sentyabr, 2016
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.