Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdirSəfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir
Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir 2017-ci il fevralın 9-da Azərbaycan Respublikasının Gürcüstandakı səfiri
Dursun Həsənov
Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkərək teatrın problemləri və iş şəraiti ilə tanış olmuşdur.


ZiM.Az bildirir ki, Gürcüstanın Newposts.ge saytının bu barədə teatrın mətbuat xidmətinə istinadən yaydığı "Yeni təyin olunmuş səfir, qəzalı bina bə teatrda ümid" başlıqlı məlumatda aşağıdakılar qeyd olunur:

"Azərbaycan Dövlət Teatrının qəzalı vəziyyətdə olması və ağır şəraiti barədə onun aktyorları və mətbuat xidmətindən çox eşitmişik.
Buna rəğmən, "Nyupost"a bəlli oldu ki, tezliklə hər şey yaxşı mənada dəyişə bilər.
Bu ümid Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun teatra baş çəkməsindən sonra yarandı.

Yeni təyin olunmuş səfir teatrın binası ilə tanış olaraq əməkdaşların necə dözülməz iş şəraitində çalışdıqlarını görmüşdür.
O, illər ərzində qəzalı bina və bərbad infrastruktur şəraitinə baxmayaraq, teatrın fəaliyyətini bir gün belə dayandırmadığına görə, kollektivə öz təşəkkürünü bildirmiş, eyni zamanda imkan və səlahiyyətləri çərçivəsində köməklik göstərəcəyinə
söz verdi.

Teatrın mətbuat xidmətindən bildirdilər ki, teatrda yeni səfirə böyük ümidlər bəsləyirlər.
Səfir Dursun Həsənov teatrın bədii rəhbəri
Varlam Nikoladzeni və
direktor müavini, Azərbaycanın Əməkdar mədəniyyət işçisi
Namiq Hacıyevi bu mədəniyyət ocağında mövcud problemləri və onun gələcək perspektivini daha ətraflı müzakirə etmək üçün Səfirliyə
dəvət etmişdir”.



ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: