Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək Böyük ədib Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin təmirə ehtiyacı var. Xeyli vaxtdır baxımsız olduğu üçün binanın divarlarında çatlar yaranıb. Muzeydə saxlanılan və C.Məmmədquluzadənin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlərin afişaları, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi də tam yararsız vəziyyətə düşüb.

ZiM.Az AzərTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstandakı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və müavini Mayak Nemətov böyük ədib, dramaturq Cəlil Məmmədquluzadənin Tbilisinin mərkəzi Besik küçəsindəki ev-muzeyində olublar.

Dursun Həsənov deyib ki, böyük ədibin ev-muzeyi 1997-ci il oktyabrın 11-də açılıb. “Qeyrət” mətbəəsi də vaxtilə bu evin zirzəmisində yerləşib. Səfirliyin əməkdaşları artıq binaya baxış keçiriblər. Burada saxlanılan kitabların, avadanlığın, foto və video, jurnal və digər yazılı materialların siyahısını hazırlayıb.

Səfir bəzi kitabların, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsinin yararsız vəziyyətə düşməsini təəssüf hissi ilə qeyd edib. O, binanın təmir və yararsız vəziyyətə düşmüş materialların bərpa olunacağını vurğulayıb.

Diplomat bununla əlaqədar olaraq Azərbaycan və Gürcüstan hökumətlərinə, müvafiq strukturlara müraciət olunacağını bildirib.

Əflatun Amaşov isə bildirib ki, C.Məmmədquluzadə Azərbaycan mədəniyyətinin, incəsənətinin, jurnalistikasını inkişafında böyük xidmətləri olmuş şəxsiyyətdir. “Bilirsiniz ki, C.Məmmədquluzadə 1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. “Şərqi-Rus” qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi”,- deyə Ə.Amaşov vurğulayıb.

Deputat muzeyin ciddi təmirə ehtiyacı olduğunu bildirib və deyib ki, bu mədəniyyət ocağının tez bir zamanda təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaq.

Qeyd edək ki, ədibin “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilib. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: