
"Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabına yalnız bu ölkədə anadan olan və kütləvi informasiya sahələrində çalışmış jurnalistlər daxil edilib. Müəlliflərin bildirdiyinə görə, ikinci kitabda isə Gürcüstanda anadan olub, Azərbaycan və digər ölkələrdə yaşayan və müxtəlif mətbuat sahəsində çalışan jurnalistlərimizin həyat və fəaliyyəti haqqında da geniş məlumatlardan ibarət ikinci kitab da planlaşdırılıb. Milli mətbuatımızın 140 illik yubileyinə həsr olunan kitabda 84 jurnalistin ömür yolu işıqlandırılıb.
Kitab ilk dəfə olaraq Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə nəşr olunub.
Məlumata görə, yaxın günlərdə kitabın ilk təqdimatı Azərbaycanın Mətbuat Şurasının dəstəyi ilə Bakıda və Tiflisdə keçirilməyi planlaşdırılıb.

Biz də bu günlərdə
təzəzcə çapdan çıxmış
"Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabının müəllifləri - hörmətli qələm dostlarımız və dəyərli eloğlularımız, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri,
tanınmış şair-jurnalist
Nizami Məmmədzadəni və
tanınmış tətqiqatçı alim,
filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlunu ürəkdən təbrik edir, onalara uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatlarında, eləcə də ictimai fəaliyyətlərində və elmi-bədii-publisistik yaradıcılıqlarında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.