Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayəndələri ilə görüşüb

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayəndələri ilə görüşüb Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayəndələri ilə görüşüb Bu gün Tiflisdəki “Rums” otelində Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze Gürcüstanda fəaliyyət göstərən dini birliklərin nümayəndələri ilə görüş keçirib.

“Zim.az” saytının məlumatına görə, tədbirdə müxtəlif dini konvessiyaların nümayəndələri, o cümlədən azərbaycanlıların rəhbərlik etdikləri dini təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Kaxa Kaladze Gürcüstanın tolerant bir ölkə olduğunu və ölkədə müxtəlif dini konvessiyaların fəaliyyət göstərdiyini, həmçinin ölkənin paytaxtı Tiflis şəhərində müxtəlif konvensiyalara məxsus insanların yaşadığını vurğulayıb.

Tədbir iştirakçıları görüş çərçivəsində öz fikirlərini bildirib və din sahəsində onları narahat edən məsələlərin həllinin vacib olduğunu qeyd ediblər.

Görüşdə dini təşkilatların maliyyələşdirilməsi, dini və mədəni abidələrin mühafizəsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Gürcüstan parlamentinin çoxluq lideri Arçil Talakvadze, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı ƏsədovQafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinin müavini Ayvaz Mərdanov da iştirak edib.

Nizami Məmmədzadə,
jurnalist

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: