Oktyabrın 16-da Azərbaycanın Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri gözlənilir

Oktyabrın 16-da Azərbaycanın Müdafiə Naziri, general-polkovnik  Zakir Həsənovun Gürcüstana səfəri gözlənilir Sabah Azərbaycanın Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri gözlənilir.

ZİM.Az saytının məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində Z.Həsənov Gürcüstanın Müdafiə Naziri Levan İzoria ilə görüşəcək.
Həmin gün Azərbaycanın Müdafiə Naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək. Görüşlərdə regional əməkdaşlıq, regional təhlükəsizlik, iki və üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib.

Nizami Məmmədzadə,
jurnalist

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: