Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərbaycan ödəyir

Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərbaycan ödəyir "Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərbaycan ödəyir. Əgər Gürcüstanda yeni tələbat
yaranarsa, bunu yenə də, SOCAR təmin edəcək."


ZİM.AZ bildirir ki, bu sözləri mətbuata açıqlamasında
Gürcüstanın sabiq energetika və təbii ehtiyatlar naziri,
“SOCAR Georgia Gas” kompaniyasının direktoru
Aleksandr Xetaquri
söyləyib.

Onun sözlərinə görə, Azərbaycan 2007-ci ildə Gürcüstanın qaz bazarına daxil olarkən ölkənin “mavi yanacağa” olan tələbatı 1,8 milyard kubmetr idi. Hazırda isə bu rəqəm 2,4 milyard təşkil edir. SOCAR bu tələbatı sabit olaraq ödəyir.

Aleksandr Xetaquri deyib: “Gürcüstan hazırda “Şahdəniz” konsorsiumundan 800 milyon kubmetr təbii qaz alır.
Bunun 300 milyon kubmetrinin dəyəri Gürcüstan ərazisindən Azərbaycan qazının tranziti üçün nəzərdə tutulmuş vəsaitin hesabına ödənilir. Qalan 500 milyon kubmetri isə Gürcüstan tərəfindən alınır.

Bundan əlavə, daha 1,5 milyard kubmetr təbii qaz SOCAR-ın törəmə şirkəti olan “SOCAR Georgia Gas” tərəfindən Gürcüstana ixrac olunur”.

“Faktlara əsaslanaraq deyə bilərəm ki, bu gün, eləcə də gələcəkdə Gürcüstanı qazla SOCAR təmin edəcək”, - deyə
Xetaquri vurğulayıb.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: