Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib Bu gün Gürcüstan paytaxtındakı
İvane Cavaxişvili adına
Tiflis Dövlət Universitetində (TDU) azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib.


ZiM.Az saytının
Gürcüstandakı
xüsusi müxbiri
Nizami Məmmədzadə

xəbər verir ki, təqdimatı keçirilən kitabın müəllifi Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovdur.

Kitab “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlanır.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində TDU-nun prorektoru, professor Mixeil Çxenkeli, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, kitabın tərcüməçisi, professor Cabuki Kiriam, tarix elmləri doktoru, professor Quram Marxuliya və başqaları çıxış edərək əsərin elmi mahiyyətindən danışıblar. Çıxışçılar qeyd ediblər ki, belə məzmunlu nəşrlər hər iki ölkənin elm və təhsil sahəsində münasibətlərinin inkişafına mühüm töhfədir.

Tədbirdə gürcü və azərbaycanlı alimlər, ziyalılar, Azərbaycan səfirliyinin əməkdaşları və jurnalistlər iştirak edib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: