Marneulidən jurnalist
Turac İbrahimova
ZiM.Az-a bildirib ki,
tədbirdə Kvemo Kartli Qubernatoru Qriqol Nemsadze, qubernatorun müavini Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, Rustavi və Marneuli şəhər bələdiyyələrinin rəhbər şəxsləri, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin ikinci hissəsi Tbilisidə, Azərbaycan səfirliyində davam edib.
Səfir Dursun Həsənov və Marneuli rayonunun meri Temur Abazov çıxış edərək Ümummilli liderin həyatından, Gürcüstan və Azərbaycan arasındakı dostluq əlaqələrindən söz açıblar.
Görüşün sonunda Heydər Əliyevin həyat və yaradıcılığına, siyasi fəaliyyətinə həsr olunmuş
film nümayiş olunub.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.