BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV Dostum şair İbrahimxəlil bir dəfə mənə zəng edərək Eldar İsmayılov barədə maraqlandı. Düzü, onu o qədər də tanımırdım. Amma bilirdim ki, Nizami Gəncəvinin "Xəmsə"sini nəfis şəkildə, illüstrasiyalı, böyük formatda gürcü dilində nəşr etdirmişdir. "Kartlis sxovreba" ("Gürcüstan həyatı") kitabını da rus dilində nəşr etdirmişdir. Xeyli xeyriyəçilik işləri var. Onun barəsində böyük bir yazı, bəlkə də kitab yazmaq fikrindəyəm. Əslən tiflisli olan bu xeyirxah, işgüzar insanla fəxr etməliyik. O, Gürcüstan Milli Elmlər Akademiyasının üzvüdür. Yeri gəlmişkən onu da qeyd edim ki, Gürcüstan Milli Elmlər Akademiyasının soydaşlarımızdan ibarət 7 nəfər əcnəbi üzvü vardır. Onlar arasında bu akademiyanın ən cavan yaşlarında üzv olmaq Eldar İsmayılova qismət olub. Geoiqtisadiyyat, makroiqtisadiyyat, iqtisadi-riyazi modelləşdirmə üzrə 50-dən artıq elmi məqalənin müəllifidir.

Onun məşhur gürcü alimi Vladimir Papava ilə "Mərkəzi Qafqaz-geosoyasətdən geoiqtisadiyyata" adlı kitabı xeyli vaxt bundan əvvəl nəşr olunmuş, elm aləmində böyük əks-səda doğurmuşdur. Qısası, bu günlərdə akademik, millət vəkili İsa Həbibbəyliprofessor Bədirxan Əhmədli məşhur türkoloq Elizbar Cavelidzenin yubiley tədbirlərində iştirak etmək üçün Tiflisə təşrif buyurmuşdular.

Tədbirdən öncə, akademiyanın vitse-prezidenti Roin Metrevelinin qəbulunda idik.

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV Bu zaman otağa bəstəboy, gülərüz bir şəxs daxil oldu.
Cənab Roin onu qonaqlara təqdim etdi.

Mən onunla tanış olmağıma sevindim. İki gün bərabər olduq. Bir neçə dəfə xudmani süfrə arxasında əyləşdik.

Özü haqqında danışmaqdan çəkinir, bir söz belə danışmırdı. Akademiyanın prezidentindən tutmuş adlı-sanlı alimlər onun haqqında çox danışdılar.
Hətta Gürcüstanın patriarxı II İlyanın xeyirxahlıqlarına görə ona qarşı xüsusi rəğbət hissi bəslədiyini də qeyd etdilər.

Biz onunla fəxr edə bilərik!..

Şəkildə soldan: Roin Metreveli, Bütün Gürcüstanın patriarxı II İlya, Eldar İsmayılov və Vladimir Papava.


Mirzə MƏMMƏDOĞLU,
Tiflis,

ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: