NAİLƏ CƏLİL-XOCA (1959)

NAİLƏ CƏLİL-XOCA (1959)
TƏBRİK EDİRİK!..

Cəlil-Xoca Nailə Səyyad qızı
“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı
ilə təltif olunub

Nailə Sayad qızı Cəlil-Xoca - 1959-cu ildə
Tbilisi şəhərində anadan olub.
1982-ci ildə M.Cavaxişvili adına Tbilisi Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib.
Hələ tələbəlik illərində Azərbaycan-Gürcüstan
qarşılıqlı əlaqələrinə böyük diqqət yetirib,
bu sahədə çoxlu işlər görüb.
İyirmi monoqrafiyanın, «Azərbaycan folkloru gürcü mənbələrində» kitabının müəllifidir.
Nailə Cəlil-Xocanın «Koroğlu gürcü mənbələrində» elmi-publisistik kitabı San-Xose şəhərində Amerka ədəbiyyatşünaslarının «Qızıl qələm» mükafatına layiq görülüb. Tbilisidə yaşayarkən «Sovet Gürcüstanı» (indiki "Gürcüstan"), «Vecerniy Tbilisi», «Molodyoj Qruzii» qəzetlərinin redaksiyalarında məsul vəzifələrdə çalışıb.
İ.Cavaxvili adına Tbilisi Dövlət Universitetində, S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində və Tbilisi Politexnik Universitetində
bir müddət müəllim işləyib.
Bakıya köçdükdən sonra uzun müddət «Yurd» jurnalında, «El səsi» qəzetində, Səhiyyə Nazirliyinin «Şəfqət» qəzetinin rus bölməsində və Bakı Dövlət Universitetinin «Xəbərlər» jurnalında redaktor vəzifəsində çalışıb.
Nailə Cəlil-Xoca rusdilli jurnalistlərin Beynəlxalq Assosiyasının üzvüdür.
Üç uşaq anasıdır.
Nailə Səyyad qızı Cəlil-Xoca 1999-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında məsul vəzifədə çalışır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamıyla Cəlil-Xoca Nailə Səyyad qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Biz də çox hörmətli Nailə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, dövlət qulluğu xidmətində və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: