Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981) Namiq Valeh oğlu Hacıyev - əslənqədim Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndindəndir. O, 1981-ci il iyunun 22-də anadan olub. 1987-1988-ci illərdə Tiflisdəki M.F.Axundov adına 73 saylı orta məktəbdə oxuyub. 1998-2002-ci illərdə Ş.Rustaveli adına Tiflis Dövlət Teatr və Kino universitetində təhsil alıb və həmin universiteti aktyorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2003-cü illərdə eyni zamanda Gürcüstan Dövlət İdarəetmə İnstitutunda oxuyaraq hüquqşünas-iqtisadçı ixtisasına yiyələnib. 2003-2005-ci illərdə S.S.Orbeliani adına Tiflis Dövlət Pedaqoji Universitetinin və Gürcüstan Dövlət Aqrar Universitetinin Marneuli filiallarında bədii rəhbər kimi fəaliyyət göstərib.
2005-ci ildən Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında çalışır (müdir müavini, aktyor və rejissor).
2005-2006-cı illərdə teatrın nəzdində fəaliyyət göstərən studiyaya rəhbərlik edib.
2009-2010-cu illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakı şəhərində Musiqili Komediya Teatrında və “YUĞ” Teatrında rejissorluq üzrə ixtisasartırma (WORKSHOP) kursları keçib.
2010-cu ildən “Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi” qeyri-hökumət təşkilatının rəhbəridir.
Namiq Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Resbulikasının “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Namiq Hacıyevə biz də yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: