ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Azad Tədqiqat İnstitutu Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi.

Azad Tədqiqat İnstitututunun (ATİ) təşkilatçılığı ilə “Gürcüstandakı Azərbaycan dilli orta məktəblərində reformalar” mövzusunu dəyirmi masada müzakirə olundu.
Dəyirmi masaya Marneuli resurs mərkəzinin rəisi cənab Ruslan Hacıyev, Gürcüstanda və xarici universitetlərdə təhsil alan tələbələr və gənc orta məktəb müəllimləri dəvət olunmuşdu.
Tədbirdə iclas iştirakçısı Emil Kələyev ilk öncə mövzu haqda məlumat verərək Gürcüstandakı Azərbaycan dilli orta məktəblərinin bir sıra problemlərinə toxundu və iclasın gündəliyində duran problemlərin müzakirəsinə başlanıldı.
1. Orta məktəblərdə müəllim kadrları;
2. Dərsliklərin tərcüməsindəki problemlər;
3. Təhsil dili;
4. Gənc kadrların məktəblərdə azlıq təşkil etməsi;
5. Şagirdlərin əksəriyyətinin atestat alabilməmə problemi;
6. İctimaiyyətin məktəblərdə rolu.



Orta məktəblərdə müəllim kadrları

Dəyirmi masada iclas iştirakçısı - Marneuli resurs mərkəzinin rəisi Ruslan Hacıyev söz alıb iclasın digər iştirakçılarını salamalayaraq çıxışa başladı və bildirdi:
- İlk öncə təşkilatçılara təşəkkürümü bildirirəm ki, bü cür mövzuları müzakirə etməyə şərait yaradıblar. Günün reallığı ondan ibarətdir ki, bu gün Gürcüstanda yaşayan Azərbaycanlıların təhsil aldığı məktəblərdə müəllim peşəsini icra edən kadrların çoxu yaşlı müəllimlərdir. Gənclər arasında müəllim peşəsinə həvəs getdikcə azalmaqdadır bu çox pis göstəricidir. Biz əlimizdən gələni etməliyik ki, gənclərə müəllimlik peşəsinin sevdirə bilək və bu peşəyə gənclər arasında hörmət yaradaq. Bu işləri isə gərək QHT-lər öz öhtələrinə götürsün. Amma təəsüflər olsunki bu gün QHT-lər bəzən lazım olmayan məsələləri müzakirə edirlər. Biz artıq 1 ildirki çalışırıq məktəblərdə gənc müəllimlər yerləşdirək. 3000-dən artıq yaşlı müəllimlər var və Təhsil Nazirliyi birdən birə bütün yaşlı müəllimləri iştən çıxara bilməz.
Təhsilin inkişafında içtimayətin rolu böyükdür. Amma məktəblərdə valideyn iclasında bir sinifdən 3-4 valideyn iştirak edir. Bu isə onun nəticəsidir ki, valideynlərin əksəriyyəti öz uşaqlarının təhsili ilə maraqlanmırlar.
Əgər bir valideyn müəllimin yalnış hərəkətini görürsə, gərək bizlərə müraciət eləsin. Axı bütün öhtəlikləri Təhsil Nazirliyinin üzərinə atmaqla olmur. Gərək valideynlərdə öz uşaqlarının təsili və inkişafı üçün səy göstərələr və müəllimlərdə bir səyf görsələr bizlərə bildirələr.
Məktəblərin durumları o gədər də facialı deyil, necə ki biz faciəli göstəririk. Və bu durumları çözmək üçün bu yoldan istifadə edə bilərik.
1. Məktəblərdə valideynlərdən ibarət qəyyumlar şurası təşkil olunubdur ki, valideynlər aktiv şəkildə iştirak etsinlər və övladları üçün o şurada tələbatlar aparsınlar. Amma valideynlərin əksəriyyəti iştirak etmir və məktəblərə qarşı biganədirlər.
2. Hər təbəgədən ziyalı nəsil ilə görüşlər təşkil olunmalıdır.
Sovetlər dağılannan 25 ildə 5 nəfər bilə kondidat direktor ehtiyat üçün olmayıb.
Müəllimlik çox məsuliyyətli bir peşədir və o müəllimki öz məsuliyyətini hiss etmir gərək cəmiyyətdən utansın.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi İclasın digər iştirakçısı İBSU inglis dili filalogiya məzunu Nilüfər Qurbanova çıxış edərək bildirdi ki, yaxın zamanlarda bir neçə məktəblərdə aktivist kimi iştirak etməsini və məktəblərin birində 25 ildir ki gürcü dili keçən musiqi müəlliməsinin işlədiyinin şahidi olduğunu vurğuladı. Bütün bunlar onun göstəricisidir ki, Gürcüstanda təhsil sistemində müəllim peşəsi üzrə kadr çatışmazlıqları mövcuddur. Əgər Ali təhsil müəssisələrində pedogoji təhsil alan sonuncu kurs tələbələrini orta məktəblərə təcrübə keçməyə cəlb etsək gənclərdə müəllimlik peşəsini sevdirmə imkanımız olar və bu cür problemlərin həllini tapmış olarıq.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Dəyirmi masanın xarixicdə təhsil alan tələbə iştirakçısı - Səlçuk Universitetinin beynəlxalq əlaqələr fakultəsinin magistr tələbəsi Emin Yadigarov isə öz çıxışında bildirdi : " Bu nəticəyə gəlirəm ki, təhsilsizdiyin ən böyük problemi valideynlərdir. Uşaqlarını gələcəyə savadsız kadr kimi yetiştirirlər."

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi İclasın gənc tələbə iştirakçısı Diş həkimliyi məzunu Ədil Əliyev isə öz çıxışında bildirdi ki, sadalanan bu problemlər bütün Gürcüstandaki məktəblərdə mövcutdur. Və bu problemlərin həllini yaxın bir zamanda tapıb həyata keçirmək olar. Necəki keçmişdə dövlət dəyişikliyi oldugunda polis sistemi yaxın bir vaxtda öz həllini tapdı.
Əgər mən bu gün bir rüşvət alanın yanında işləsəm elə mən də ondan rüşvət almağı öyrənəcəm. Atam zamanında məntəgədə tanındığına görə mənə məktəbdə atestat verdilər. Müəllimlər bəlkədə mənim üçün yaxşı bir iş gördüklərini düşünürdülər, amma özünü bilən bir şəxs üçün bu bir uçurumdur.
Mən çox şahidi olmuşam ki, bizim əksər müəllimlər çox şeyləri şagirdlər ilə bir yerdə dərs zamanı kitab oxuyaraq öyrənirlər. Bu cür müəllimlər tələbələrə necə yararlı təhsil verə bilər axı?
Ruslan müəllim deyir ki, bu cür problemləri gərək QHT-lər öz öhtələrinə götürsün. Təssüflər olsun ki, əksər hallarda QHT-lər daha çox gəncləri kurort zonaları ilə özlərinə cəlb edirlər. Bu cür QHT-lər cəmiyyət üçün həqiqətən yararlı olan sahələrə diqqət ayırmaq əvəzinə tamam başqa istiqamətlərdə fəaliyyət göstərirlər.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi - Dəyirmi masanın digər xaricdə təhsil alan tələbə gənci Tehran Universitetinin beynəlxalq hüquq fakultəsinin magistr tələbəsi Kamran Məmmədov isə çıxışında bildirdi ki , Orta məktəblərdəki problemləri bir tək yaşlı müəllimlərin üzərinə atmaq yalnışdır. İstər yaşlı istər gənc, ilk növbədə məktəblərdə gərək ciddiyyət qorunsun. Və bu ciddiyyəti aidiyyatı orqanlar yaratmalıdır. Misal olaraq məktəblərdə monitorinq və yoxlayışların sayını çoxaltmaq. Məktəb illərində bizə deyildikdə məktəbə yoxlayıcı gəlir, həm şagirdlər həm də müəllimlər dərslərə ciddi yanaşırdı. Bu cür məsələləri indidə edə bilərik və 1 ayda bir neçə dəfə bunu həyata keçirsək düşünürəm ki, təhsil ilə bağlı bir çox problemlər öz həllini tapar.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Muradxan Huseynov
(Hüquq məzunu):

- Mən öz növbəmdə bunu demək istəyirəm ki, bizim kəntdə bir çox gənc kadrlar olduğu halda direktor və müəllimlər onlara məktəblərdə fəaliyyət göstərməyə izin vermirlər.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Azərbaycan məktəblərində təhsilin dili

Ruslan Hacıyev
(Marneuli resurs mərkəzinin rəisi):

- Dövlətin Azərbaycan dilli məktəblərini gürcü dilində olması ilə bağlı bir proqramı yoxdur, ancaq Təhsil Nazirliyi bir çox azərbaycanlı yaşayan kəntlərdə gürcü dilini öyrəşmək üçün proqramlar töküb və müəllimlər göndərib ki, şagirdlər dövlətin rəsmi dilini öyrənsinlər. Amma təsüflər olsun ki, bir neçə aya həmin müəllim Azerbaycan dilini öyrənir, amma şagirdlər dövlətin rəsmi dilini öyrənə bilmirlər.

Nilüfər Qurbanova
(İBSU inglis dili filalogiya məzunu):

- Mənim fikrimcə bu məsələ müzakirə olunmamalıdır. Hansı məntiqə dayanaraq deyirlər ki, təhsil yalnız gürcü dilində olmalıdır? 11 ilə Azərbaycan dilli məktəblərdə dövlətin rəsmi dilini öyrənmək olar.

Emil Kələyev
(İvane Cavaxişivili universitetinin şərqşünaslıq fakultəsinin tələbəsi):

- Heç kəs özünə bəraət qazandıra bilməzki, biz hansısa bir səbəbə görə dövlətin rəsmi dilini bilmirik. Ona görəki, biz bu dövlətin vətəndaşlarıyıq. Yaşadığı dövlətin rəsmi dilini bilməklə qurur duyan və bunu özü üçün imtiyaz hesab edənləri mən yalnızca Borçalıda müşahidə edirəm. Gürcu dilini bilmək Gürcüstan vətəndaşı üçün normal haldır, imtiyaz deyil, əksinə bilməmək ayıbdır, qüsurdur.
Təhsilin dilinə gəldikdə isə, bu mözvuda Gürcüstan azərbaycanlıları arasında ciddi fikir ayrılıqları var. Zənnimcə məsələni mütəxəssislər araşdırmalıdır və lazımi addımı Təhsil nazirliyi atmalıdır. Belə görünür ki, bu mövzu hələ Təhsil Nazirliyi üçün əhəmiyət kəsb etmir.
Mənim üçün bu hələ sual olaraq qalır ki, Azərbaycan dili və ədəbiyyatı qalmaqla, digər fənlərin gürcü dilində tədris olunmasının nə eybi var? Və yaxud təhsilin dili Azərbaycanca olsa da 12 ildə gürcü dilini öyrənmək olar.
Hər halda, gürcü dilini bilmək qaçılmazdır, əks halda dövlətdən, cəmiyyətdən təcrid olmağa məhkumuq.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdiATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Kamran Məmmədov
(Tehran Universitetinin beynəlxalq hüquq fakultəsinin magistr tələbəsi):

- Bir vətəndaş olaraq dövlətin rəsmi dilini bilməliyik. Ancaq orta məktəbləri çevirib tamamilə gürcü dilində etmək yalnış fikirdir. Dil öyrəşməklə elm və təhsil fərqli bir şeydir. Bu gün əksər şagirdlər gürcü məktəblərinə dil öyrənmək üçün gedirlər və elm və təhsildən geri qalırlar. Problem isə orasındadır ki, həm dildən olurlar və həm də elm və təhsildən. Gürcü dilini öyrəşmək üçün orta məktəbləri gürcü dilinə keçirməkdənsə gürcü dili ilə bağlı əsaslı surətdə proqramlar töküb və 12 illik orta məktəb illərində uşaqlara öyrətmək olar.

Muradxan Huseynov
(Hüquq fakultəsinin məzunu):

- Bəzi Azerbaycan dilli məktəblərdə Gürcü sektorları var ki, orada bizim şagirdlər oxumaqlarına baxmayaraq həm dövlətin rəsmi dilini hələdə öyrənə bilməyiblər, həm də təhsildən uzaq qalıblar. Dövlətin dilini bilsə belə, təhsildən uzaq qalan bir şəxs yalnız bazar və ticarət adamı olabilər. Dil inkişaf olmalıdır ki, biz bu cəmiyyətə inteqrasiya ola bilək.

Ceyhun İsmailov
(Qaradəniz Texnik Universitetinin Sosyoloqiya fakultəsinin məzunu):

- Dil ilə əlagəli bunu deyə bilərəmki gənc əvvəla gərək təhsil alsın sonra dil öyrənmək ilə məşğul olsun. Bir şəxsin təhsilli olması üçün çox dil bilgisinə o gədərdə ehtiyac yoxdur.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Ceyhun Qarayev
(Marneuli imir kənd orta məktəb müəllimi):

- Dil bilgisi olmadığına görə bəzi reformaları məktəblərdəki müəllimlər icra edə bilmirlər. Cəmiyyətimiz üçün dil bilgisi çox önəmlidir, amma tamamiylə məktəblərimizin gürcüləştirilməsi bir faciadır. Əgər bu cür olsa bəlli bir neçə ildən sonra milli dəyərlərimizidə itirəbilərik. Və mən inanıramki, bunun nəticəsi olaraq gələcəkdə nəticələrimizi Nino, Nika və Giorgi kimi adlar ilə səslənəcəyik. Amma bu problemləri həll etmək üçün alternatif yolların olduğunada inanıram sadəcə biraz cəhd göstərim tapmalıyıq.

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Vagif Seyyah
(Çanakkala 18 mart Universitetinin tarix fakultəsinin məzunu):

- Artıq neçə ildir ki gürcü məktəbinə axım oldu. Amma əksəriyyəti yalnız dil bilgisi üçün gedirlər və başqa elmlərdən xəbərsiz qalırlar. Mən deyərdim ki, bunun yanında həmdə çoxu şagirdlər heç dili bilə öyrənə bilmirlər. Və burada ən böyük günahı mən valideynlərdə görürəm.
Bu gün məktəblərin təhsil dilini tamamiylə dəyişmək gecdir. Bu çox böyük dərbəyə səbəb olar.
Bu cür məsələlərin həll yolunu tapmaq üçün yalnız milli azlıq təşkil edən məntəgələrdə ciddi şəkildə dil öyrətmə proqramlarının təşkil olunmasıdır. Buna isə gərək Təhsil Nazirliyi diqqət yetirsin.

Atif Abbasov
(Kocaeli Universitetinin beynəlxalq əlaqələr fakultəsinin məzunu):

- Gürcü cəmiyyətinə inteqrasiya olmamışdan əvvəl, biz ilk növbədə öz aramızda inteqrasiya olmalıyıq. Bir cəmiyyətin inkişafı üçün heç bir millət baçga öyrəndiyi dildə düşünmür. Dövlətin rəsmi dilini bilməmək isə bir tək bizim deyil həmdə dövlətin problemidir. Bizim dövlət Avropa ittifaqlarına üyə olmaq istəyir. Amma gərək bir məsələyə diqqət yetirsin ki,Avropa məktəblərində milli azlıqların vətəndaş haqqları başlıqları altında dərslər icra olunur.
Tərcümə məsələsinə gəldikdə isə, tərcümələrədə Təhsil Nazirliyi ciddi diqqət yetirməlidir. Kitabların bir çoxu yalnış tərcümə olunur və bu cürdə dərslərə dəvam edirlər. Ya bu cür tərcümə edənlərə bu cür öhdəlik verilməməlidir yadaki, bu cür tərcümə qarşılığında məktəblərdə cəzalandırma sistemləri olmalıdır.


ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi Gənc kadrların məktəblərdə azlıq təşkil etməsi

Ruslan Hacıyev:

- Artıq neçə vaxtdır ki, müəllimlər üçün sertifikat imtahanları təşkil olunub. Amma gənc kadrların əksəriyyəti o imtahanlarda iştirak etmirlər.
Bunuda geyd edim ki, bu il Marneulidə 50-yə yaxın müəllimlərimiz sertifikatlarını aldılar. Və bizdə söz veririk ki, əgər müəllimlər və şagirdlər maksimal dərəcədə öz dərslərinə cəhd göstərsələr Təhsil Nazirliyi onlara daha çox diqqət yetərəcək.

Kamran Məmmədov
(Tehran Universitetinin beynəlxalq hüquq fakultəsinin magistr tələbəsi):

- Tamamilə yaşlı müəllimləri çıxarıb yerlərini gənc kadrlara vermənin özü də bir faciədir. Çünki bəzi yaşlı müəllimlər çox savadlı və eyni zamanda tədris və təhsil məsələlərində təcrübəli olurlar.


ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi masa keçirdi
Şagirdlərin əksəriyyətinin atestat alabilməmə problemi

Ruslan Hacıyev:

- Biz keçən il sentyabr ayında müəllimləri xəbərdar elədik ki, əgər ilin axırı şagirdlərin əksəriyyəti atestat alabilməsələr ilin axırı o tələbələrin müəllimləri işlərindən azad olacaqlar. Və bunun nəticəsi olaraq ilin axırı 70%-dən artıq şagird atestatını aldı. Deməli bəzən bu cür xəbərdarlıqlara ehtiyac var.

Dəyirmi masanın iştirakçılarının birgə müzakirə etdiyi mövzuların nəticəsi iclasın gündəliyində duran həlli vacib olan orta məktəblərdə təhsil dili, müəllim kadrlarının çatışmazlığı və QHT lərin bu sadədə fəaliyyətsizliyinin araşdırılması və məsələnin daha ciddi istiqamət alması üçün gələcəkdə dəyirmi masaların keçirlməsi, Təhsil İdarəsinin mümkün qədər daha çox ali təhsil alan tələbələrin təcrübə keçməyə köməklik etməsi, və QHT lərin bu məsələyə diqqət ayırması üçün Azad Tədqiat İnstitutu olaraq daha geniş miqyaslı işlər görülməsi qərara alındı.


Azadtedqiqat.org

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: