Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman turnirləri keçirilib

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman turnirləri keçirilib Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin
təşkilatşılığı ilə
Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının
98-ci ildönümü ilə bağlı Marneuli şəhərində şahmat və sərbəst güləş üzrə dostluq turnirləri keçirilib.


***

Marneuli şəhərində keçirilən,
Azərbaycan xalqının siyasi lideri Heydər Əliyevin anadan olmasının
98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə Dostluq turniri başa çatıb.


ZiM.Az xəbər verir ki, Marneulidə "Ata Holding" binasında yarışın final görüşləri və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin üzvləri, güləş federasiyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Səfirlik və Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkil etdiyi yarışa 20 və 75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılıb.

Baş tutan turnirin qaliblərinə kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunub.

***

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman turnirləri keçirilib Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turniri keçirilib.

ZiM.Az xəbər verir ki, yeniyetmə və gənclər arasında keçirilən yarış Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə təşkil olunub.

Səfirliyin binasında turnirin açılış mərasimi baş tutub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev turnir iştirakçılarına uğurlar arzulayıb.

Yarışa 32 nəfər qatılıb. Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutacaq şahmatçıların təltif olunacağı bildirilib.

Oyunlar hakimlərin nəzarəti altında İsveçrə (10 dəqiqə, əlavəsiz) sistemi ilə keçirilib.

Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turnirinə yekun vurulub.

***

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman turnirləri keçirilib ZiM.Az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində qaliblər təltif olunub.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Şahmat Federasiyasının prezidenti Giorgi Giorqadze və digər rəsmi şəxslər iştirak edib.

Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutanlara medallar və pul mükafatları, iştirakçılara sertifikatkalar verilib.

F.Quliyev turnirin təşkilinə göstərilən dəstəyə görə Marneulidəki Çay Evinin əməkdaşlarına təşəkkür edib. O, yarış iştirakçılarına turnirə qatıldıqlarına görə minnətdarlığını bildirib, qalibləri təbrik edib.

G.Giorqadze çıxışında tədbirə dəvətə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib. O, şahmatın inkişafına həm Gürcüstan, həm də Azərbaycanda xüsusi diqqət ayrıldığını qeyd edib: "Bizim Azərbaycanın Şahmat Federasiyası ilə yaxşı münasibətlərimiz var. Ümid edirəm ki, bundan sonra da bu əlaqələr inkişaf etdiriləcək".

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: