“ERMƏNİ İFRAT MİLLƏTÇİLİYİNİN FƏLSƏFƏSİ”

“ERMƏNİ İFRAT MİLLƏTÇİLİYİNİN FƏLSƏFƏSİ” Tarix mütəxəssisləri və həmçinin, geniş ziyalı kütləsi üçün nəzərdə tutulan bu kitab tanınmış gürcü alimi, tarix elmlər dok­toru Quram Marxuliya tərəfindən yazılmış və geniş ziyalı küt­ləsinə təqdim olunmuşdur. Bu kitab Qafqaz Beynəl­xalq Geo­tarix və Geosiyasi Təd­qiqat Mərkəzində hazırlanıb və 2012-ci il­də Gür­cüstanın paytaxtı Tbilisi şəhə­rin­də rus dilində (Фи­ло­софия армянского гипернасио­на­лиз­ма, Тбилиси, 2012) çap olun­muşdur.

Bu yazının başlığı da rəy yazdığımız kitabın adın­dan götürülmüşdür. Bu kitabda “Erməni ifrat millət­çili­yi­nin fəl­səfəsi” prob­lemləri geniş təqdim olunmuş və erməni ifrat mil­lət­çiliyi məsələləri, həmçinin, erməni ifrat mil­lətçiliyinin ide­­yaları göstərir ki, ermənilər bu məsələni tez-tez yada salmış və nəticədə sosial və siyasi ka­tastrofa (Balkan ölkələrindən Ki­çik Asiyaya, oradan da Yaxın Şərq ölkələrinə qovalana-qova­la­na, demək olar ki, Dünya­nın bütün qi­tə­lərinə səpələn­mişlər) mə­ruz qalmışlar...

“ERMƏNİ İFRAT MİLLƏTÇİLİYİNİN FƏLSƏFƏSİ” Müasir elmi-texniki tərəqqinin tələbləri səvəyyəsinə uyğun ya­­zıl­­mış bu kitabı tarix elmləri doktoru, prof. E.A.Qvenetadze redaktə etmiş; kitaba fəlsəfə elmləri doktoru, prof. K.N.Kens­baiya, hüquq elmləri doktoru, prof. B.Q.Kvaratsxeliya və tarix elmləri doktoru, prof. X.Q.Diasamidze rəy yazmışdır.

* * *
Müasir dövrdə Dünyanın bəzi bölgələrində (Mərkəzi Av­ro­pa­da, Qafqazda, Yaxın Şərqdə...) milli müna­sibətlərin yeni­dən da­ha güclü qızışdığı bir şəraitdə BMT-nin, eləcə də, di­gər Bey­nəl­xalq Təşkilatların, əsasən, susduğu, gözləmə möv­qeyi tut­ma­­sı, xristian dünyasının mənafey baxımdan, “ikili stan­dart­lar­la” “fəa­liyyət göstərməsi”, demək olar ki, Dün­yanın bü­tün xalq­larının etirazının gündən-günə artması və get-gedə daha da güc­lənməsinə yeni-yeni imkanlar verir... Həm­çinin, XIX əs­rin 30-cu illərindən XX əsrin birinci 20 illiyinin sonuna qə­dər “xalqlar həbs­­xanası” adlanan Çar Rusiyası; XX əsrin birinci 20 illiyinin sonun­dan 90-cı illə­rin sonuna qədər olan dövrdə sabiq Çar Ru­siya­sının varisi kimi çıxış edən Sovet Rusiyası, nə­hayət, 1922-ci ildən 1991-ci ilə qədər fəaliyyət gös­tərən sabiq SSRİ im­pe­ri­yası (əslində,Rusiya impe­riyası xarici ölkələrdə yaşayan “friq­ləri” - “hayları” erməniləri Qərbi Azərbaycan ərzilərinə (in­di Er­mənistan) kö­çür­məsi və əksinə, həmin dövrlərdə Qərbi Azər­bay­candan - İrəvan xanlığının tarixi ərazi­lərin­dən bir neçə min­illik tarixə malik olan Azər­baycan türklə­rinin mərhələ-mərhələ öz doğma dədə-ba­ba torpaq­ların­dan çı­xa­rıl­ması... beləliklə, ta­ri­­xən heç yerdə sabit vətəni - əraziləri olmayan erməni­lərə Ta­rixi Azər­baycan ərazisində (indi Ermənis­tan) döv­lətinin yara­dıl­­­ması və s. probemlər rəy yazdığımız kitabda ətraflı şərh olun­muşdur...

O cümlədən, Mərkəzi Avropada Rusiya-Ukrayna böhranının-müharibənin baş verməsinin daha da güclənməsi, Rusiya tə­rə­fin­dən Ukrayna sərhədlərinin pozulması - Krımın Rusiyaya bir­ləşdirilməsi, həm­çinin, Ukraynanın Şərqində iki slaviyan xal­­­qı arasında döyüşlərin, hələ də, davam etdirilməsi; bu mü­na­si­bətlə təcili olaraq, Avropa ölkələri tərəfindən Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar qəbul edildiyi halda, 23 ildən artıq bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycanın 20% əra­­zisi işğal olunduğu halda, hələ də, BMT və Beynəlxaq Təş­ki­latlar tə­rəfindən Ermə­nistana qarşı heç bir sanksiya qəbul edil­mə­yibdir. Hətta, 1992-ci ildən bəri BMT-nin Azər­baycanın iş­ğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edil­məsi haq­qın­da qə­bul edilmiş Dörd məlum Qət­namə, hələ də, icra olun­ma­yıb­dır. Əgər ikili standart­lar beləcə davam etdirilsə, Azərbay­can torpaqlarının işğaldan azad edilməsi “Sual” altında qalır?! Ta­rixən insanların hüquq bərabərliyinin və demokratiyanın əsasını qoyan və bu barədə daim fəxr edən ölkələr, artıq, insanların hüquq bərabərliyinə və demokratik prinsplərə ikili standartlarla ba­­­xır, “ağızlarına su alıb sehirçilik” edirlər... Er­mə­nistanın Azər­­­baycan ərazilərini işğal etməsinə biganəlik gəs­tərir. BMT-nin Təhlükəsizlik Şurasın Azərbaycanın işğal olunmuş ərazilə­ri­nin qeyd-şərtsiz azad edilməsi haqqında 4 Qətnaməyə biga­nəlik gös­tərməsi, hər şəydən əvvəl, ermənilərin xristian, azər­bay­can­lı­ların isə müsəlman-türk olmaları ilə bağlıdır...
Rəy yazdığımız, alimlərin və yuxarı təbəqədən olan ziyalı­la­rın rəğbətini qazanan bu kitab “Ön söz”, səkkiz fəsil, Azər­bay­can və İngilis dillərində verilən xülasələrdən və biblioq­ra­fi­ya­dan ibarətdir.

“Ön söz”də müxtəlif dövrlərdə tərtib olunmuş və müxtəlif el­mi araşdırmalarda öz əksini tapmış və müxtəlif suallara cavab verən və onları birləşdirən bir problemə- erməni millətçiliyini ge­niş şəkildə əks et­dirən ayrı-ayrı məsələlərin şərhi öz elmi ək­si­ni tap­mışdır. Məhz buna gərə də, kitab “Erməni Hiperna­sio­na­lizminin fəlsəfəsi” adlandırılmışdır.

I Fəsil: Kitabın “Erməni əzablarının fəlsəfəsi”nə həsr olun­muş birinci fəslində “friqlərin” - “hayların” - “er­məni­lərin” bir qə­bilə və ya tayfa halında əzab-əziyyət; iztirab, cəfa, möhnət, dərd; mənəvi əzab çəkmələri; tarixən əzablı-əziyyətli, iztirablı yol­lar keçmələri və hər zaman və hər yerdə özlərini “ya­zıq” insanlar kimi qələmə vermələri də onlara bəzən “uğurlar” gətir­diyi kimi, bəzən də əzablı-əziyyətli, məşəqqətli; iztirablı, izti­rab­­larla dolu uğursuzluqlar da gətirir... Bu da, hər şeydən əvvəl, ermənilərin ha­ki­miy­­yəti altında yaşadıqları yerli dövlət orqan­la­rına və yerli əhaliyə xəyanətkarlıq etmələri və nəticədə öz gü­nah­ları ucbatından bir ölkədən digərinə qo­vul­ma­la­rına və dün­yanın müxtəlif ölkələrinə səpələn­mə­ləri­nin fəl­sə­fi mahiy­yətidə geniş şəkildə şərh olun­muşdur. Er­mə­ni əzablarının əsas səbəbi, hər şeydən əvvəl, ta­rix­boyu olmayan və uydurma “üç dəniz ara­sında yu­yu­nan Böyük Ermənistan” dövlətini “bərpa etmək” ide­­­ya­sı olub... Onlar indi də bu uydurma ideyalarından əl çək­mək istəməmələri də kitabda geniş şərh olun­muş­dur...

II Fəsil: Gürcüstanda ermənilərin etnik ekspansiyası (siyasi baxımdan) - yayılması (genişlənməsi); Müəllifə görə, qədim “friqlər” -“haylar” - “ermənilər” özlərini “Xayasa” termini ilə ad­­landırsa da bu termin leksik-semantik baxımdan gürcü (meq­rel dia­leki) dilinə məxsusdur. Odur ki, ermənilərin öz ölkələrini Xa­yas­tan adlandırılması elmi və məntiqi nöqteyi-nəzərdən ağı­labatan olmaması da ətraflı şərh olun­muş­dur
XIX əsrdə Qafqaz üzrə Rossiya mütəxəssisi İ.Şopen qeyd edir ki, Anadolu dağlarından gələn “ermənilər gəlmələrdir”... Həm­­çinin, “friqlərin” - “hayların” - “ermənilərin” Qafqaza miq­rasiya et­mə­lə­rini Rusiya alimi İ.M.Dyakonov və onun şagirdi ol­muş Q.K. Sarkisyan (ermənidir) da təsdiq edir. Bu fəsildə “xalqlar həbs­xanası” ad­lanan Çar Rusiyası tərəfindən ermə­ni­lə­­rin Gürcüstana köçü­rül­məsi tarixi də ətraflı işıqlandırıl­mış­dır...

III Fəsil: “Ermənisayağ dostluğu və ya erməni millətçiliyi:” Müəllif bu fəsildə erməni sayağdostluğu və ya erməni millətçi­liyinin fəlsəfi mahiyyətini və onun “gizlin sirlərini” tarixilik baxı­mın­dan “tam çılpaqlığı” ilə açıqlamış və belə bir qənaətə gəl­mişdir ki, ermənilərin dostluğu da və ya millətçiliyi də tam mə­­­na­sı ilə “hiyləgərlik, xainlik, xəyanətkarlıq, uy­durma” Bö­yük Erməniyyə ide­ya­sını o qədər şişirtmiş­lər ki, özləri də öz ya­­lanlarını hə­qiqət kimi qəbul etməklə kifayətlənməyib, uydur­ma, elmi oğur­luq­la­rı­­na pla­gi­yat­ları da) da özlərinin müəllif­li­yini qeyd edir­lər... Məhz buna gərə də, erminilər heç bir xalqla ya­xından mü­na­si­bət­də ola bil­mir­lər... Gürcü xalqının böyük oğ­lu yazıçı İlya Çav­çvadze demişkən, ermə­nilər “gürcü xalqını yer üzə­rindən gö­türməyə və yad­daşlardan silməyə can atan ye­ganə” tay­fa olub, (ermə­nilər türklərə qarşı da belə münasibətdə olub­lar -M.Ç.).

IV Fəsil: “Erməni oğurluğunun fəlsəfəsi” adlanan bu fəsil “şəx­­siyyətin oğurlanması” kriminologiyasının ta­rixi” “Ermə­ni­lo­­giyada erməni ideyasının qırılması” və “Azərbaycanın tarixi şə­həri İrəvanı ermənilər necə mənimsədilər?” olmaqla üç möv­zu­dan ibarətdir.
Bu fəsilin birinci bölməsində, nəinki, başqasının əmlakının oğur­­lanması, hətta, insanın - şəxsiyyətin və torpaq ərazinin oğur­­­lanmasının mahiyyəti geniş araşdırılmışdır. O cümlədən, emə­nilər qovulduqları ölkədən digər ölkəyə köç edərkən, hər şeydən əvvəl, özləri ilə köhnə qəbir daşlarını aparmaları və öz­ləri üçün ev tikməmiş əvvəlcə həmin qəbir daşlarını bas­dı­rar­dı­lar ki, həmin ərazini, bir növ özləri üçün ta­rix­ləşdirməklə yurd-yuva salmaları da, fəlsəfi baxım­dan ge­niş şərh olun­muş­dur...

“Bəs, erməni oğurluğunun mahiyyəti nədən ibarətdir? Erməni oğurluğunun mahiyyətinin arxasına iki mərhələ olur: Birinci mər­­­hələdə ermənilərin yeni köç etdikləri ölkədə məskun­laş­dıq­ları ilk gündən özlərinin “dədə-baba” adət-ənənələrini - “şirin dil­lərini”, “ikiüzlülərini”, “yaltaqlıqlarını”, “etibarlılıq­la­rı­nı”, “əzabkeşliklərini”, “yazıqlıqlarını”, daim yerli xalqın qu­la­ğını dol­dururlar ki, yerli xalq onlara inansınlar və beləliklə də, yerli əhalinin yanında özlərinin “nüfuzunu və hörməti qa­zan­mağa çalışırlar... Hətta, həyatda olmayan “uydurma sirləri­ni” də yerli əhaliyə açıqlayırlar... o vaxta qədər ki, yerli əhali on­lara inan­sınlar...
Elə bundan sonra da “erməni oğurluğunun ikinci mərhələsi baş­­lanır... Artıq, yerli əhali arasında az-çox nüfuz və inam qa­zandıqdan sonra yerli əhali arasında böyük nüfuza malik olan, var-dövlət sahiblərinin qiymətli əmlakını, oğurlamaq üçün für­sət gözləyirlər... Elə ki, məqam gəldi, yerli adamların (can de­yib-can eşitdiyi adamların) əmlakını oğurlayıb, gecə vaxtı ailəsi ilə birgə köç edir... Yerli əhali oyanır ki, “Leylək uçub, yuvası qalıbdır” Erməni köçüb dağıdılmış daxması qalıb” (M.Ç.).

Bu fəslin ikinci bölməsində isə, Ermənoqrafiyada erməni ide­ya­sının qırılması tarixi və onun mahiyyəti fəlsəfi baxımdan ge­niş şərh olunmuşdur... Müəllif bu prosesin şərhi ilə əlaqədar ola­­raq, Gürcü şərabları olan “Saperavi”, “Kaxet”, “Msxali”, “Rkatseli”, “Bude­şuri”, “Çinuri” və s. şərablarэn erməni brendi yox, Gürcü brendi olmalarэnэ təsdiqləyir... Engilis təd­qiqatçısı Xyu Consona görə, Gürcüstanda aparэlan ar­xeoloji qazıntılar za­manı tapılan üzüm çəyirdəkləri eramızdan əvvəl 8000-ci il­liyə aiddir. Deməli, ən azı həmin dəvrdən də Gürcüstanda şə­rabçılıq inkişaf edib­miş. (Həmin dövrdə isə, erməni qəbilələri hələ yox idi: (-M.Ç.).
Dördüncü fəslin üçüncü bölməsində isə, “Azər­baycanэn tarixi şəhəri İrəvanı ermənilər necə mənim­sədilər” mövzusu elmilik, tarixilik və müasirlik baxımından çox obyektiv halda tutarlэ mən­bələr əsasэnda юərh olunmuюdur. Bu bölməni oxuyub sona çatanda hər bir oxucu istər-istəmiz bir anlэрa nəfəsini dərib, “Er­­məni ifrat millətзiliyinin fəlsəfəsi” kitabэnэn müəllifi tarix elm­ləri doktoru Quram Marxfuliya cənablarına, qiyabi də olsa, öz təşəkkürünü bildirir...

“ERMƏNİ İFRAT MİLLƏTÇİLİYİNİN FƏLSƏFƏSİ” V Fəsil: “Tao Klardjetiyə ermini iddaları” adlanan bu fəsilin ilk mühakimələrindən aydın olur ki, ermənilər tarix yazarkən tarixi mənbələrə və tarixi faktlara yox, özləri tərəfindən uydu­ru­lan əfsanələrə əsaslanır və heç bir elmi əsası olmayan əfsanələri tarixi fakt kimi şərh etməklə məşğul olmaqla özlərinə yeni uy­dur­ma tarix yaratmalar da geniş şərh olunmuş­dur... Gürcüləri görmək istəməyən ermənilərin Gür­cülərin Türkiyədəki tarixi abi­­­dələrini bərpa etmə­lərindən narahatlığını bildirməsi; gürcü­lə­­rin erməni xramını mənimsəməsi və s. tarixi aspektdə geniş şərh olunması çox inandırıcı görünür... Həmçinin, bu fəsil­də Tao Klardjetinin və həmin abidədəki, yazıların gür­cü əlifbası ilə olması onun gürcülərə məxsusluğunu təsdiq etməsi də ətraflı şərh olunmuşdur...

VI Fəsil: “Gürcüstanlı ermənilər Gürcüstan əley­hinə” fəs­lin­də ermənilərin Türkiyədən qaçqın kimi Gürcüstanın Cava­xate böl­gəsinə gəlməsi, həmçinin, XVIII-XIX əsrlərdə də “xalqlar həbs­xanası” adlanan Çar Rusiyası tərəfindən müxtəlif xarici öl­kə­lərdən Gürcüstana köçürülməsi və daimi olaraq, həmin əra­zi­də məskunlaşdırılması, Çar Rusiyasının (SSRİ impe­riya­sının) daim ermənilərə havadarlıq etməsi tarixi və onun fəlsəfəsi geniş şəkildə şərh olunmuşdur... Odur ki, tarixi havadarlarına arxayın olan ermənilər Azər­baycanda da, Gürcüstanda da daim özlərini yerli xalq kimi aparır. Azərbaycan xalq kəlamlarında deyildiyi- tək onlar özlərini, bir növ, “Yersiz gəldi, yerli qaç”; “Arxalı kö­pək qurd basar” kimi apa­rırdılar...
Yaxud, XIX əsrdə yaşamış Azərbaycan mütəfəkkiri A.A.Ba­kı­­xanovun “Fəlakət yalançılıqda olduğu ki­mi...” kəla­mında qeyd olunduğu kimi, tarixboyu “friqlər”-“haylar” - “ermə­ni­lər” də yalançılığa, hiy­lə­gərliyə, xainliyə, xəyanət­karlı­ğa adət et­­dik­lərinə görə, hələ, eramızdan əvvəl VIII-VII əsrlərdən baş­la­ya­raq, Balkan ölkələrindən, Kiçik Asiyadan və Şərq öl­kə­lə­rin­dən qovalana-qovalana, demək olar ki, Dünyanın bütün ölkə­lə­ri­nə sə­pələnmişlər. Deməli, A.A.Bakı­xa­nov demişkən, “...ni­cat da doğ­­ruçuluq­da­dır”... Nizami demişkən: “Dünyada kişi üçün ən gözəl libas doğru­çuluq libasıdır”. Tale isə, ermə­nilər­dən bu li­ba­sı əsir­gəmişdir...
Bu fəsildə Rusiyadan Gürcüstanın Cavaxati böl­gəsinə köçü­rülmüş ermənilərin Rusiyadan Cavaxet Muxtar Vilayətinin ya­ra­­dıl­masını tələb etməsi məsə­lələri elmilik, tarixilik, sosioloji, siyasi və məntiqi baxımdan yersiz olması ətraflı şərh olun­muş­dur...
Gürcüstanda fəaliyyət göstərən erməni qeyri-dövlət təşkila­tı­nın 75 Maddədən ibarət olan tələblərinə elmi, ta­rixi, coğrafi, so­­sioloji və siyasi baxımdan dərindən nə­zər saldıqda Erməni qeyri-dövlət təşkilatı üzvlərinin səbatsızlığı və təxminən 250 ilə yaxın yaşadıqları ölkəyə dönüklük etmə­ləri insanda ikrah hiss­ləri doğurur... Buna təssüflən­mək də doğru deyil... Çünki “friq­lərin” - “hayların” - “ermənilər”in tarixi -“Erməni xarak­te­ri” bu səpgidə olub və indi də həmin xarakterlərini davam et­dirmək­də­dir (kitabın “erməni xarakteri” bölməsinə baxma­lı)...

VII Fəsil: “Abxaziyada erməni kollaborasionistlərin öz və­tən­lərinə xayanət etməsi” fəslində XX əsrin ikinci yarsında sa­biq SSRİ imperiyasında (1953-1990) tez-tez hakimiyyət dəyi­şik­­liklərinin baş verməsi döv­ründə Qərb ölkələrinin hakim dairə­­ləri SSRİ-nin daxili və xarici siyasətindəki dəyişiklərin əsas­­­sız olduğunu hiss edirdilər... Belə bir vaxtda - 11 mart 1985-ci ildə M.S.Qorbaçyevin hakimiyyət başına gəlməsi və öl­­­kə­­nin idarəedilməz vəziyyətə düçməsi, yenidənqurma (əslin­də, yenidənqırma. -M.Ç.) ideya­sının güclənməsi şəraitində çox­mil­lətli SSRİ dövlətində milli-ədalət toxumunun səpilməsi, 70 il Dünyaya meydan oxuyan sabiq SSRİ imperi­yası­nın (əslində, Rusiya imperiya­sının) çök­mə­sini daha da sürətləndirir. 70 illik tarixə malik xalqlar dost­luğu və beynəlmiləlçilik ideyalarına son qoyulması və beləliklə də, 70 il beynəl­miləlçilik şəraitində ya­şayan xalqlar arasında tarixi düşmənçilik mövqelərinin (o cüm­­lədən, ermənilərin Azər­baycan türklərinə və gürcülərə qarşı torpaq ərazi iddiaları ilə çıxış etməsi) daha da güclənməsi sabiq SSRİ-nin dinc yolla çökməsinə və həmin ərazidə 15 yeni Müs­tə­qil Dövlətin yaranmasına səbəb oldu...

Belə bir şəraitdə Abxaziyada yaşayan ermənilərin - öz və­tən­lə­rində erməni batalionu təşkil edib, yerli əhali olan gürcüləri qov­ması da təəssüf doğurur... Buna, heç də, təəs­süf­lən­mək la­zım deyil... Axı, “friq­lər” - “haylar” - “er­mənilər” tarixboyu ha­­kimiyyəti al­tında yaşadığı dövlətlərə və xalqlara qarşı da xə­ya­­nət­karlıq etmişlər... O cümlədən, Birinci Dünya mü­ha­­ri­bə­si il­lə­­rində Türkiyə türklərinə, 1918-1920-ci illərdə Azərbaycan türk­­­lərinə qarşı misli görünməmiş xəya­nətkarcasına çıxış et­miş­lər. Onlar indi də xəyanətkar­lıqlarını da­vam etdir­mək­dədir...

XX əsrin 80-ci illərində bir tərəfdən Almaniyanın birləşdiril­məsi və Berlinin yenidən paytaxt olması; ikinci tərəfdən sabiq SSRİ-nin çökməsi və Varşava müqaviləsinin dağılması və nə­ticə­də sa­biq SSRİ əra­zisində 15 Müstəqil dövlətin də, o cüm­lə­dən, Güney Qafqazda üç Müstəqil Döv­lə­tin (Azərbaycan, Gür­cüstan, Qərbi Azərbaycan ərazisində (indi Er­mənistan) ya­ran­­ması və s. məsələlər elmilik, tarixilik, coğ­ra­fi, sosial, siya­si və məntiqi baxımdan “Erməni ifrat mil­lət­çili­yi­nin fəlsəfəsi” nöq­teyi-nəzərdən geniş şərh olun­­muşdur.

VIII Fəsil: “Dağlıq Qarabağda gedən müharibələrin fəl­sə­fə­si” adlanan bu fəsildə “elmin tarixi və tarixin fəlsəfəsi” - iki müx­təlif sahənin fərqi ondadır ki, real tarixə həm tarxi, həm də fəlsəfi baxımdan yanaşılma­sının əsasında onun predme­tin­dən asılı olmayaraq, tarixi təfəkkürün nöqteyi-nəzərinin dayanması məsələ­ləri; tarixin fəlsəfəsi aydın şəkildə indiki anın (zamanın) adı ol­maq­la keçmişlə gələcək arasında sıx əlaqə yarat­ması; ta­rix­­bo­yu tarixçilərin, yazıçıların və filo­sofların müharibənin ma­hiy­yə­ti­ni və səbəbini araşdırması; hər bir müharibənin eyni vaxt­­­da dini, siyasi, iqtisadi, psi­xoloji və hüquqi aspektlərinin, həm­­­­çinin, əxlaqi ba­xımdan, müharibəni sülhlə bitirmək və ya onu təsdiq etməyə təşəbbüs göstərilməsi gələcəkdə baş verə bi­lə­­cək müharibələrin yalnız hərbi nəzəriyyə­çilərin yox, eyni za­man­­da tarixçilərin, filosofların, sosioloqların, mədəniyyət­şü­nas­­ların, icmalçıların da daim diqqətini cəlb etməsi məsələləri də fəlsəfi baxımdan daha ətraflı şərh olunmuşdur...

Bu fəsildə ermənilərin özlərini Urartunun varisi hesab etməsi geotarixi baxımdan tamamilə səhfdir. Çünki Urartunun və “üç dənizlə yuyulması” (şimaldan Göyçə gölü, Şərqdən Urmiya gö­lü, cənub-qərbdən Dəclə və Fərat çaylarının yuxarı ararı ilə həm­­sərhəd olub) mülahizəsi də siyasi və coğrafi-ərazi baxım­dan uydurma olması da ətraflı şərh olunmuşdur... Çünki era­mız­­dan əvvəl birinci minilliyin əvvəllərində Urartu Ön Asiyada böyük dövlət idi. Eramızdan əvvəl 764-730-cu illərdə ki, mü­ha­ribə dövrün də Urartunun mövqeyi zəifləməsi, beləliklə də era­mız­dan əvvəl 740-714-cü illərdə Urartu tənəzül etməsi, həmin dövrdə şimaldan türkdilli skif və kimmer tayfalarının hü­cü­mu­na məruz qalması və s. məsələlər ətraflı şərh olun­muş­dur.

“ERMƏNİ İFRAT MİLLƏTÇİLİYİNİN FƏLSƏFƏSİ” Müəllif yuxarıda qeyd olunan bütün problemləri “Dağlıq Qa­ra­bağda gedən müharibənin fəlsəfəsi” mövzusunun şərhində ba­­carıqla təhlil etmişdir. Bu mü­haribənin başlanması və gedişi pro­­sesində ermə­nilərin ideyası, gələcək məqsədləri - Azərbay­can əra­zilərini işğal etməsi (əlbəttə, “xalqlar həbsxanası” adla­nan Çar Rusiyasının varisi kimi çıxış edən Sovet Rusiyanın ha­va­dar­lığı ilə) və s. müasir elmin, tarixin, coğrafiyanın, mə­də­niy­­­­yətşünas­lığın, siyasətşünaslığın, sosiologiyanın, icmalşü­nas­lı­­ğın fəlsəfəsi baxımdan şərh etmişdir... Bunu da Müəllifin müa­­­sir elmi-texniki tərəqqinin tələbləri səviyyəsinə uyğun ya­zıl­mış fun­damental əsər kimi qiymətləndirməyə dəyər...

M.N.ÇOBANOV,
filologiya elmləri
doktoru, professor



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: