Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcəkYanvarın 12-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə Azərbaycan Təhsil nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin IV, V, VI və VIII sinifləri üçün dərslik kitablarını Gürcüstanın elm və təhsil nazirliyinə təqdim edəcək.

Azərbaycan səfirliyindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, səfirlik və KİV nümayəndələrinin iştirakı ilə Gürcüstan elm və təhsil nazirliyinə 12 adda 9810 nüsxə dərslik təhvil veriləcək və sonra nazirliyin hazırladığı siyahı ilə Azərbaycan dilli orta məktəblərə paylanılacaq. Məlumatda bildirilib ki, gətirilən kitabların içində azərbaycanlı şagirdlər üçün “Azərbaycan dili", “Ədəbiyyat" dərslikləri və müəllimlər üçün metodik vəsaitlər var.

Azərbaycan səfirliyindən bildirilib ki, son iki ildə (2014 və 2015-ci illərdə) Gürcüstanın Azərbaycan dilli məktəbləri üçün 47105 ədəd “Azərbaycan dili”, “Ədəbiyyat” fənləri üzrə dərslik kitabları və müəllimlər üçün metodik vəsaitlər səfirliyin vasitəsi ilə Gürcüstanın elm və təhsil Nazirliyinə təhvil verilib.

Tiflis. Nizami Məmmədzadə-APA.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: